Icma.az
close
up
RU
The Times: “Aİ iki həftə ərzində qərar verəcək”

The Times: “Aİ iki həftə ərzində qərar verəcək”

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Böyük Britaniya hökumətindəki mənbələrə istinad edən “The Times” nəşri belə məlumat yayıb.
“Bu məsələ dekabrın 8-də Londonda Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub. Sövdələşmənin reallaşması çox yaxındır”, - qəzet yazır.
Starmerin fikrincə, Ukraynaya yardım məqsədilə Avropada dondurulmuş 100 milyard funt-sterlinqə (133 milyard dollar) qədər Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılaşma cəmi bir neçə gün ərzində əldə olunacaq. O, bunu müharibəyə son qoymaq üçün danışıqların “kritik mərhələyə” çatması ilə izah edir.
100 milyardlıq aktivlərdən təxminən 8 milyard funt sterlinqi (10,6 milyard dollar) Böyük Britaniya köçürəcək. Vəsaitlər Kiyevə hərbi yardım və ya Ukraynanın yenidən qurulması üçün istifadə olunacaq.
- Bu maliyyələşdirmə, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi sülh danışıqlarında avropalılar və Ukrayna üçün əsas təzyiq aləti kimi qiymətləndirilir. Bu aktivlər həm də Vaşinqtonun Ukrayna ilə bağlı hər hansı sövdələşməni effektiv şəkildə məcbur etməsinə mane olacaq bəzi güclü kartlardan biri sayılır”, - nəşr vurğulayır.
Politico: “Ukraynaya kreditin əsas təminatçısı Almaniya olacaq” Lakin Rusiyanın dondurulmuş aktivlərinin əksəriyyətinin cəmləşdiyi Belçika öz dəlillərini gətirərək, hələ də sövdələşməni gecikdirir.
Bununla belə, Böyük Britaniya hökumətinin təmsilçisi qəzetə açıqlamasında nikbin əhval-ruhiyyə sərgiləyib: “Biz ümid edirik ki, yaxın bir həftə ərzində müqavilə bağlanacaq”.
Xatırladaq ki, Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərinin müsadirəsini Aİ liderləri uzun müddətdir müzakirə edirlər. Bununla bağlı dekabrın 3-də Avropa Komissiyası (AK) bütün Aİ-yə üzv dövlətlərin razılığı olmadan ixtisaslı səs çoxluğu ilə təsdiqlənə bilən iki mexanizmi təsdiqləyib. Rusiyanın dondurulmuş aktivlərindən istifadə planı dekabrın 18-də keçiriləcək sammitdə müzakirə ediləcək.
“Reuters” agentliyinin məlumatına görə, Aİ-nin yeddi ölkəsi - Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Polşa və İsveçin liderləri dekabrın 8-də AK rəhbərinə məktubla müraciət edərək, Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş aktivlərdən istifadə təklifini tez bir zamanda irəli sürməyə çağırıblar.
“Financial Times” qəzeti isə dekabrın 7-də yazıb ki, Brüssel Aİ müqavilələrində bütün üzv dövlətlərin yekdil razılığı olmadan qərarların qəbul edilməsinə icazə verən bənd tapıb. Bu müddəaya əsasən, Rusiya aktivlərinin dondurulmasını hər altı aydan bir uzatmaq əvəzinə, qeyri-müəyyən müddətə dondurmaq imkanı yaranacaq.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Dekabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri