Icma.az
close
up
RU
The Times qəzaya uğrayan təyyarənin yeni təfərrüatlarını dərc edib

The Times qəzaya uğrayan təyyarənin yeni təfərrüatlarını dərc edib

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyanın "The Times" qəzeti "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının təfərrüatlarını və versiyalarını dərc edib.

"Unikal" xəbər verir ki, nəşrin məlumatına görə,  pilotlar bütün uçuş idarəetmə sistemlərini itirdikdən sonra təyyarəni yalnız mühərrik gücü ilə idarə edərək, təcili eniş etməyə çalışarkən ciddi çətinliklərlə üzləşiblər. Dağıntılar təyyarənin arxa hissəsini zədələyərək, qanadları və quyruq səthlərini idarə edən hər üç hidravlik sistemi dayandırıb.

Qəzet yazır ki, pilotlar əvvəlcə quş vurması hesab edilən “toqquşma”dan da danışıblar.

"Hadisədən bir neçə dəqiqə əvvəl ekipaj GPS naviqasiyasında nasazlıq barədə məlumat verib və radarla izləmə tələb edib. İnternetdə dərc edilən rus dilində yazılan stenoqramı yoxlamaq mümkün olmayıb, lakin o, Azərbaycan və Qazaxıstanın hesabatlarına uyğun gəlir. Toqquşmadan 7 dəqiqə sonra pilotun sözlərinə görə "Hidravlika sıradan çıxıb"". 

Nəşrin məlumatına görə, ekipaj əvvəlcə Qafqazda Mineralnıye Vodıya, daha sonra sahildə Mahaçqalaya yollanmağa çalışıb, lakin onlara hava şəraitinin bu yerlərdə eniş etməyə imkan vermədiyi bildirilib. Danışıqların stenoqramı bu məqamda kəsilib, lakin naməlum səbəbdən pilotlara Xəzər dənizinin əks sahilində, xeyli aralıda yerləşən Aktauya getmələri tapşırılıb. Təyyarə yenidən Aktau ərazisində aviadispetçerlərin radarında görünəndə onun uçuşu qeyri-sabit olub.

Enişdən əvvəl videogörüntülərdə təyyarənin quyruğunun üfüqi stabilizatoruna ziyan dəyib. Nəşr qeyd edir ki, təyyarə hər iki eniş cəhdi zamanı dolama “fuqoid” trayektoriyasını izləyib. Bu, ekipajın yalnız mühərrik gücündən istifadə edərək idarə etmək üçün mübarizə apardığını göstərir.

Bənzər idarəetmə üsulu 1989-cu ildə "United Airlines" 232 saylı Uçuşun ekipajı tərəfindən, Ayova ştatının Sioux City yaxınlığında tam hidravlik nasazlığı olan DC-10 təyyarəsi də qəzaya düşəndə istifadə edilmişdir. Hadisədən sonra təyyarədə olan 296 nəfərdən 184-ü sağ qalıb.

"Deyəsən, azərbaycanlı pilotlar da eyni şeyi etməyə çalışıblar... Videodan görünür ki, heç bir hidravlika yox idi və spoylerlər açılmayıb”, - amerikalı aviasiya pilotu və aviasiya eksperti Xuan Braun bildirib.

Onun sözlərinə görə, sübutlar "Embraer-190" təyyarəsinin yaxınlığında yaxınlıq qoruyucusu olan zenit raketinin partlamasına dəlalət edir.

"Videoda şaquli quyruğun sol tərəfinin və sol liftin zədələnməsi göstərilir... Bu, mühüm elektrik və hidravlik xətlərə təsir göstərə bilərdi", - o deyib.

Onun sözlərinə görə, oksigen maskalarının atılması kabinənin təzyiqinin azaldığını göstərir, qismən cırılmış xilasedici jilet və enişdən əvvəl sərnişinlərin xəsarət aldığını göstərən şəkillər kabinəyə qəlpələrin girdiyini təsdiqləyib.

Fransanın hava qəzasını araşdıran BEA agentliyinin keçmiş rəsmisi Jerar Leqaffre bildirib ki, təyyarənin qalıqlarında çoxlu qəlpə var.

Fransa Hərbi Hava Qüvvələrinin keçmiş pilotu və müdafiə məsləhətçisi Ksavye Tutelman isə əminliklə bildirir ki, Azərbaycan təyyarəsi raketlə vurulub.

"Quyruğa zərbələr raket qəlpələri üçün xarakterikdir... Təyyarənin niyə daha uçmağa davam edə bilmədiyini başa düşə bilərsiniz", - o əlavə edib.

Gülayə Mecid


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri