The Times: “Ukrayna münaqişə başlayandan bəri bu qədər zəif duruma düşməmişdi
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
“Rusiya Donbass və Novorossiyada mühüm irəliləyişlərə nail olmaqdadır. Rusiyanın hücumu Ukraynanı münaqişə başlayandan bəri ən zəif vəziyyətə salıb”.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
“Böyük Britaniyanın Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli "Storm Shadow" raketləri ilə zərbələr endirməyə icazə verməsi, Qərbin Rusiyanın irəliləyişlərini dayandırmaq cəhdindən xəbər verir”, - nəşr yazıb.
Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransa Ukraynaya uzaqmənzilli raketlərlə zərbələr endirməyə icazə verib.
Noyabrın 20-də və 21-də isə Ukrayna ordusu ATACMS və “Storm Shadow" raketləri ilə Rusiyanın Braynsk və Kursk bölgələrinə zərbələr endirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















