Icma.az
close
up
RU
THY İrəvana uçuşlara başlayır: Ermənistanla münasibətlər yeni mərhələyə keçir

THY İrəvana uçuşlara başlayır: Ermənistanla münasibətlər yeni mərhələyə keçir

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyənin ən böyük aviadaşıyıcısı olan Türk Hava Yolları Türkiyə ilə Ermənistan arasında müntəzəm reyslər açmağı planlaşdırır. 

Şirkətdən verilən məlumata görə, direktorlar şurası bazar şəraitini nəzərə alaraq Ermənistanın İrəvan və Rumıniyanın Timişoara şəhərinə uçuşların başlanmasına qərar verib.

Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen AZXEBER.COM-a deyib ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi müəyyən mərhələyə çatıb:

"Türkiyə–Ermənistan normallaşma prosesi yeni mərhələyə qədəm qoyub. Bu baxımdan baş verən hadisə əhəmiyyətli addım kimi dəyərləndirilir. Dünən keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında yayılan bəyanatda da bu mövzuya toxunulub. 

Bəyanatda bildirilib ki, Ermənistanla aparılan proses müzakirə olunub. Azərbaycan–Naxçıvan arasında maneəsiz nəqliyyatı təmin edəcək xəttin əhəmiyyəti vurğulanıb. Bu xəttin bölgə ölkələrinin maraqlarına xidmət edəcəyi və davamlı sülhə töhfə verəcəyi qeyd olunub”.

Ekspert bildirib ki, Türkiyə normallaşmada əsas diqqəti Azərbaycanla münasibətlərə verir:

"Türkiyə normallaşma apararkən əsas diqqəti Azərbaycan–Naxçıvan koridoruna yönəldir. Türk Hava Yollarının bu istiqamətdə uçuşlara başlaması da təsadüfi deyil. Bu, həm Ermənistan–Azərbaycan sülh prosesinin sona yaxınlaşdığını, həm də Ermənistanın koridorla bağlı müsbət addımlar atmağa hazır olduğunu göstərir. Daha əvvəl bu mövzuda Ermənistanla ABŞ arasında da müəyyən razılaşma əldə olunmuşdu. Bütün bunlar Türkiyə–Ermənistan münasibətlərinin növbəti mərhələyə keçdiyini göstərir”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see184

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see172

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see162

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see157

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see153

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see150

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see149

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri