Icma.az
close
up
RU
Tibb ixtisasında təhsil haqqının birdən birə 2000 manat artırılması anlaşılmazdır Vüsal Kərimli

Tibb ixtisasında təhsil haqqının birdən birə 2000 manat artırılması anlaşılmazdır Vüsal Kərimli

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis, UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli bildirdi ki, universitetlər müəyyən çağırışlarla qarşı-qarşıyadırlar.

"Doğrudur ki, bu məsələlərin hamısı maliyyə ilə əlaqəlidir. Nəzərə alsaq ki, xeyli sayda universitetimiz publik hüquqi şəxsdir, yəni maliyyə azadlığı var, özü-özünü maliyyələşdirir. Bu və ya digər xərclərə, maddi-texniki baza, akkreditasiyalar, reytinqlər, elmi araşdırmalar, bunların hamısına maliyyə vəsaiti lazımdır. Universitetlər də ciddi şəkildə maliyyə çağırışları ilə üz-üzədirlər. Amma spesifik olaraq Azərbaycan Tibb universitetinin "Tibb" ixtisasında təhsil haqqının birdən-birə 2000 manat artırılması anlaşılmazdır".

Onun fikrincə, artım ciddi artımdır.

"Minimum əmək haqqı məsələsi var, insanların gəlirləri məsələsi, artan qiymətlər fonunda insanların maddi rifahının çətinləşməsi məsələləri və s. Əsas məsələ odur ki, ödənişli əsaslarla qəbul olacaq tələbələrin bu vəsaiti ödəyib-ödəyə bilməmək məsələsi gəlib ortaya çıxacaqdır. Tibb universitetinə, xüsusilə müalicə işi ixtisasının qəbul balı 650-nin üzərindədirsə, biz bununla bağlı düşünməliyik, lap 600 bal olsun. Bu, ciddi göstəricidir. Halbuki 600 bal və üzəri prezident təqaüdünə düşür. Təhsil haqqının bu qədər artırılması cəmiyyətdə birmənalı reaksiya, birmənalı qarşılanmayıb. Cəmiyyət bununla bağlı çox narahatdır və bunun da birbaşa təhsil alan insanları ciddi şəkildə maliyyə sıxıntısına salacağına inanıram", - deyə təhsil məsələləri üzrə mütəxəssis əlavə etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri