Tibb müəssisələrində yoxlamalar: 39 obyektdə nöqsan aşkarlanıb
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən iyul ayı ərzində 39 yoxlama həyata keçirilib.
Adalet.az xəbər verir ki, AEM-dən bildirilib ki, yoxlamaların 32-si özəl tibb müəssisələrində, 7-si isə fiziki şəxslərə məxsus obyektlərdə aparılıb.
Yoxlamalar zamanı müxtəlif sahələr üzrə qanun pozuntuları aşkarlanıb. Aşkar edilən pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında protokollar tərtib olunaraq aidiyyəti qurumlara göndərilib.
Bildirilib ki, iyul ayında keçirilən yoxlamaların nəticəsi olaraq 13 stomatoloq barəsində də inzibati xəta haqqında protokol hazırlanıb.
Qeyd olunub ki, aparılan yoxlamalar zamanı plastik cərrahların fəaliyyəti ilə bağlı hər hansı nöqsan aşkarlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 Avqust 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















