Icma.az
close
up
RU
Tibb müəssisələrinə sürücü işi ilə bağlı dələduzluq

Tibb müəssisələrinə sürücü işi ilə bağlı dələduzluq

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda bir neçə vətəndaş "dövlət tibb müəssisələrində sürücü kimi işə düzəltmək” vədi ilə dələduzluğa məruz qalıb.

Ölkə.az məhkəmə materiallarına əsasən xəbər verir ki, F. Gəncəliyev adlı şəxs etibardan sui-istifadə edərək zərərçəkmiş şəxslərə yalan vədlər verib və aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.

O, 2024-cü ilin avqust ayında Zülfiyyə Ağayevadan 3 000 manat alıb. Daha sonra müxtəlif epizodlar üzrə 7 000 manat və 6 000 manat olmaqla əlavə vəsaitlər ələ keçirib. Pul vəsaitləri həm nağd, həm də bank kartları vasitəsilə köçürülüb. Dəymiş zərərin ümumi məbləği 16 000 manatdır. 

Cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Zərərçəkmiş şəxslərin ifadələrinə görə, onlara Təcili Tibbi Yardım Stansiyası və digər tibb müəssisələrində sürücü işi vəd edilsə də, heç bir real işə düzəltmə həyata keçirilməyib.

F.Gəncəliyev məhkəmədə özünü təqsirli bildiyini, vəsaiti şəxsi xərclərinə istifadə etdiyini etiraf edib. O, zərərin bir hissəsini ödədiyini, qalan hissəni də ödəyəcəyini bildirib və azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edib. 

Məhkəmənin hökmü ilə F.Gəncəliyev Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 11 ay 28 gün cəza saxlanılıb.(qaynarinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 İyun 2026 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri