Icma.az
close
up
RU
Tibb tarixində SENSASİYA: Hindistanda yeni qan qrupu kəşf edildi

Tibb tarixində SENSASİYA: Hindistanda yeni qan qrupu kəşf edildi

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Hindistanın cənubundakı Karnataka ştatında həkimlər tibb aləmində böyük əhəmiyyət daşıyan kəşfə imza atıblar. Onlar dünyada indiyədək heç bir insanda rast gəlinməyən yeni qan qrupu antigeni aşkarlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The New Indian Express" qəzeti yayıb.

Bildirilir ki, unikal kəşf Kolar rayonundan olan 38 yaşlı qadının ürək əməliyyatına hazırlığı zamanı edilib. Onun qanı "O Rh+" (O-müsbət) kimi təsnif olunsa da, mövcud "O Rh+" qan qruplarının heç biri ona uyğun gəlməyib.

"Qabaqcıl seroloji üsullardan istifadə etdik və müəyyən etdik ki, bu xəstənin qanı panreaktivdir - yəni, bütün test nümunələri ilə uyğunsuzdur. Bu da onun nadir və ya elmə məlum olmayan qan qrupuna sahib ola biləcəyinə işarə edir. Uyğun donor tapmaq üçün xəstənin ailə üzvlərindən - ümumilikdə 20 nəfərdən - qan nümunələri topladıq, lakin heç biri uyğun gəlmədi", - deyə Kolar klinikasının cərrahı Ankit Matur bildirib.

Qeyd olunub ki, qan köçürülməsinə ehtiyac qalmadan əməliyyat uğurla həyata keçirilib. Lakin nadir qan nümunəsi tədqiqat üçün Bristoldakı (Böyük Britaniya) Beynəlxalq Qan Qrupu İstinad Laboratoriyasına (IBGRL) və Banqalordakı Qan Mərkəzinə göndərilib.

Burada molekulyar araşdırmalardan sonra, əvvəllər elmə məlum olmayan yeni qan qrupu antigeninin mövcudluğu təsdiqlənib. Bu antigen rəsmi olaraq CRIB adlandırılıb.

Yeni qan qrupu haqqında kəşf İtaliyanın Milan şəhərində keçirilmiş Beynəlxalq Qan Köçürmə Cəmiyyətinin (ISBT) 35-ci regional konqresində təqdim olunub.

Bir çox immunoloqlar bu nadir genetik halın Hindistanda yaxın qohumlar arasında nikahların yayılması ilə bağlı ola biləcəyini istisna etmirlər. Bu, genetik müxtəlifliyin azalmasına və nadir qan qruplarının yaranmasına şərait yarada bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 İyul 2025 03:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see243

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see202

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see191

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see186

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see152

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see145

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri