Icma.az
close
up
RU
Tibb təhsili bahalaşdı: Amma gələcəkdə həkimlər gəlirini çoxaldacaq TƏHLİL

Tibb təhsili bahalaşdı: Amma gələcəkdə həkimlər gəlirini çoxaldacaq TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Tibb Universitetində ödənişli təhsilhaqqının artırılması ilə bağlı müxtəlif müzakirələr gedir. Fərqli yanaşmaların olması təbiidir və hər bir fikrə hörmətlə yanaşmaq, sağlam müzakirə mühitini qorumaq cəmiyyətimizin inkişafı üçün vacibdir. Müxtəlif baxış bucaqları, əslində, bizi daha möhkəm və balanslı qərarlara aparır.

Bunu Milli Məclisin Səhiyyə və Elm Təhsil Komitəsinin üzvü Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, tibb təhsili ən strateji sərmayəmizdir:

"Unutmamalıyıq ki, dünyanın hər yerində tibb təhsili digər sahələrlə müqayisədə ən bahalı və ən strateji təhsil növüdür. Bunun səbəbi sadədir. Həkim yetişdirmək üçün ən müasir texnologiyalar, yüksək ixtisaslı müəllim heyəti, geniş klinik baza və praktiki təcrübə imkanları tələb olunur. Əgər biz tibbin gələcəyinə güvənmək və səhiyyəmizi dünya səviyyəsinə çıxarmaq istəyiriksə, təhsilə qoyulan investisiya da bu səviyyəyə uyğun olmalıdır.

Bu, heç də imkansız ailələrin övladlarının həkim olmasına maneə yaratmır. Çünki ölkəmizdə fəaliyyət göstərən Tələbə Kredit Fondu illik cəmi 2% simvolik faizlə, işə başladıqdan sonra uzun illər ərzində qaytarılma imkanı ilə dünyada bəlkə də ən nümunəvi sistemlərdən biridir. Əsas məsələ, bu fondun imkanlarından cəmiyyətin düzgün və effektiv şəkildə yararlanmasıdır. Təəssüf ki, hələ də bir çox tələbə və ailə bu imkandan tam istifadə etmir və mövzunu yalnız qiymət artışı prizmasından dəyərləndirir. Halbuki dövlətin, eləcə də müxtəlif fondların məqsədi, istedadlı gənclərin maddi çətinlik səbəbindən təhsildən kənarda qalmamasıdır".

R.Mahmudov əlavə edib ki, gələcəkdə, bəzi (Almaniya) inkişaf etmiş ölkələrdə olduğu kimi, yerli vətəndaşlar üçün tamamilə dövlət və ya xüsusi fondlar tərəfindən qarşılanan təhsil modelinə keçid mümkündür:

"Amma bu, “təhsil pulsuzdur” deyərkən pulun ödənilməməsi anlamına gəlmir. Sadəcə həmin ödənişlərin dövlətin daxili resursları və sosial mexanizmlər vasitəsilə təmin olunması deməkdir.

Bu gün ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə də Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin və səhiyyənin paralel inkişafına yönəlmiş siyasət, məhz yüksək keyfiyyətin, sosial bərabərliyin və davamlı inkişafın təmin olunmasına xidmət edir. Bu siyasətin əsasında həm milli resurslarımızın səmərəli idarə olunması, həm də gələcək nəsillər üçün dayanıqlı və ədalətli sistemin qurulması dayanır.

Ona görə də bu məsələyə yalnız bir tərəfdən baxmaq doğru deyil. Yüksək keyfiyyətli təhsil üçün adekvat maliyyə təminatı vacibdir, eyni zamanda sosial bərabərlik üçün mövcud mexanizmlərin hamı tərəfindən düzgün və məqsədyönlü istifadəsi təmin olunmalıdır. İnkişafın yolu - qarşılıqlı hörmət, obyektiv yanaşma və birlikdə məsuliyyət hissi ilə mümkündür".


Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirdi ki, Tibb təhsili, kifayət qədər yüksək maliyyə tələb edən bir sahədir:

“Bu səbəbdən təhsil haqqının yüksək olması, tibbi laboratoriyalar, avadanlıqlar və digər maddi-texniki təminatın dəyəri baxımından başa düşüləndir. Eyni zamanda, xaricdə tibb təhsili almaq istəyənlərin sayı da kifayət qədər çoxdur. Bu baxımdan, universitetin maddi-texniki bazasının inkişafı və əlavə resursların təmin edilməsi məqsədilə maliyyə mənbələrinin genişləndirilməsi zəruridir. Doğrudur, bu rəqəm orta statistik göstəricilərə malik bir ailə üçün yüksək görünə bilər. Lakin ödənişli əsaslarla qəbul olunan tibb tələbələrinin topladığı bal göstəriciləri kifayət qədər yüksək olduğundan, onlar Tələbə Təhsil Krediti Fondunun imkanlarından yararlana bilirlər. Tibb təhsili alan məzunlar bir neçə ildən sonra bu təhsil üçün qoyulan investisiyanın bir neçə qatını geri qaytara bilirlər. Bu, xüsusən, Azərbaycanda təhsil alan və sonradan xarici ölkələrdə rezidentura mərhələsinə qəbul olunan, Avropa və dünyanın digər ölkələrində müvafiq imtahanları uğurla verən həkimlər üçün xarakterikdir. Əlbəttə, arzu olunan odur ki, bütün təhsil ödənişsiz olsun. Lakin ödənişli və ödənişsiz təhsil yalnız fiskal xarakter daşımır, həm də rəqabət mühitinin formalaşmasına xidmət edir. Dünyanın heç bir ölkəsində bütün tələbələrin dövlət hesabına oxuması praktik olaraq mövcud deyil. Adətən yüksək göstəricilərə malik olanlar dövlət sifarişi ilə təhsil alır, digərləri isə dövlət tərəfindən verilən təhsil kreditləri hesabına oxuyurlar. Azərbaycanda bir neçə il öncə dövlət sifarişi ilə təhsil alanların payı ümumi tələbə kontingentinin 20–30%-ni təşkil edirdi. İldə orta hesabla 34–40 min tələbə qəbul olunurdu ki, onlardan təxminən 10 mini dövlət sifarişi ilə, qalan 24 mini isə ödənişli əsaslarla təhsil alırdı. Son illərdə bu göstərici müsbət istiqamətdə dəyişmiş, qəbul olunanların 50–54%-i dövlət sifarişi əsasında oxumağa başlayıb. Hazırda hər iki tələbədən biri dövlət hesabına təhsil alır”.


Ekspertin sözlərinə görə öz hesabına təhsil alan tələbələr də akademik göstəricilərini yüksəldərək təqaüd alma imkanı əldə edirlər:


“Əvvəlki sistemdə təhsil haqqını ödəməyən tələbələr eyni zamanda təqaüd də alırdılar. Hazırda isə dövlət tərəfindən təhsil haqqı ödənilsə belə, təqaüd yalnız akademik göstəriciləri yüksək olanlara verilir. Bu, rəqabət mühitini gücləndirən bir amildir. Beləliklə, tələbələrin bir qisminin dövlət, digər qisminin isə öz hesabına təhsil alması başa düşüləndir. Ödənişli əsaslarla oxuyan tələbələrin sosial və maliyyə vəziyyətinə görə dəstəklənməsi və onlara təhsil krediti verilməsi məqsədəuyğundur. Tələbə Təhsil Krediti Fondu vasitəsilə verilən vəsait məzunlar tərəfindən geri qaytarılır və bu da fondun həcmini artıraraq gələcəkdə daha çox tələbənin yararlanmasına imkan yaradır. Fond həm təhsil haqqını ödəyir, həm də yüksək akademik ortalamaya malik olanlara geri ödəniş zamanı müəyyən güzəştlər tətbiq edir. Nəticə etibarilə, tibb təhsilinin uzunmüddətli və yüksək maliyyə tələb edən bir proses olduğunu nəzərə alsaq, təhsil haqqı artımı əvvəlki illərə nisbətən ciddi görünsə də, mövcud alternativ maliyyələşmə mexanizmləri bu yükü müəyyən qədər yüngülləşdirir. Dövlət və tələbə büdcələri arasında maliyyə yükünün bölüşdürülməsi mexanizmləri isə gələcəkdə yenidən müzakirə edilə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see299

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see210

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see159

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see137

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see132

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see125

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see121

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see120

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see120

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see120

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see120

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri