Icma.az
close
up
RU
Tibbdə inqilabi yenilik: A qrup böyrək 0 qrup xəstəyə necə köçürüldü?

Tibbdə inqilabi yenilik: A qrup böyrək 0 qrup xəstəyə necə köçürüldü?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Orqan köçürülməsi gözləyən xəstələr üçün böyük ümid yaradan mühüm bir elmi irəliləyiş əldə edilib.

Qaynarinfo xəbər verir ki, alimlər qan qrupu uyğunluğundan qaynaqlanan problemləri aradan qaldırmaq məqsədilə A qan qrupuna aid bir böyrəyi uğurla universal donor orqan – 0 qrupuna çeviriblər və daha sonra beyin ölümü baş vermiş bir xəstəyə köçürüblər. Dəyişdirilən böyrək əməliyyatdan sonrakı iki gün ərzində problemsiz işləyərək bu metodun potensialını göstərib.

1950-ci illərdən bəri həyatı xilas edən müalicə üsulu kimi tanınan böyrək köçürülməsi bir sıra əsas məhdudiyyətlərlə üzləşir. Ən vacib məhdudiyyətlərdən biri donorla alıcının qan qruplarının uyğun gəlməməsidir. İnsanlarda dörd əsas qan qrupu (A, B, AB və 0) mövcuddur və insanın immun sistemi özündə olmayan antigenləri daşıyan yad orqana qarşı dərhal güclü reaksiya verir.

Bu məhdudiyyət xüsusilə 0 qan qrupuna malik xəstələr üçün çətinlik yaradır. 0 qrup xəstələr yalnız 0 qrup orqan qəbul edə bildikləri halda, A, B və AB qrupuna malik xəstələr 0 qrup orqanlardan da yararlana bilirlər. Bu səbəbdən 0 qrup xəstələr orqan gözləmə siyahısında digərlərinə nisbətən 2–4 il daha çox gözləməli olurlar.

Alimlər 1980-ci illərin sonlarından etibarən qan qrupu uyğunsuz (ABOi) orqan köçürülməsini mümkün edən mürəkkəb üsullar hazırlamışdılar. Lakin 2022-ci ildə Britaniya Kolumbiyası Universitetinin tədqiqatçıları prosesi sadələşdirən ferment əsaslı yeni müalicə protokolu yaratdılar. Bu yenilikçi üsul "fermentlə çevrilmiş 0” – qısaca "ECO” adlanır.

Tədqiqatın müəlliflərindən biri, biokimya professoru Stefan Vizers bu metodun mahiyyətini belə izah edib: "Orqanların əməliyyata qədər qorunması üçün istifadə olunan xüsusi mayeyə qan qrupu antigenlərini təmizləyən fermentlər əlavə edildi. Bu fermentlər A qrup böyrəyin səthindəki A antigenlərini effektiv şəkildə təmizləyərək böyrəyi universal donor olan 0 qrupuna çevirdi. Beləliklə, alıcının qanındakı anti-A anticisimləri böyrəyi hədəf ala bilmədi".

Komanda metodu sınaqdan keçirmək üçün ailəsinin razılığı ilə beyin ölümü baş vermiş bir xəstəyə ECO böyrəyi köçürüb. Xəstənin qanında normalda orqanı dərhal rədd etməyə kifayət edən yüksək miqdarda anti-A anticisimləri olub. Alimlər böyrəyin davamlılığını sınamaq məqsədilə əməliyyatdan əvvəl adətən tətbiq olunan güclü anticisim azaldıcı müalicəni bu dəfə aparmayıblar.

Köçürülmədən sonrakı ilk iki gün ərzində böyrək problemsiz işləsə də, üçüncü gün A antigenlərinin yenidən əmələ gəlməsi ilə alıcının immun sistemi reaksiya göstərməyə başlayıb.

Bu nəticələr metodun klinik tətbiqi üçün vacib məlumatlar təqdim edir. Professor Vizers uzunmüddətli uyğunlaşmanın mümkün olduğunu, lakin real transplantasiyalarda ECO orqanlarla birlikdə standart immuniteti zəiflədici müalicələrin də tətbiq edilməli olduğunu vurğulayır.

Alimlər hesab edirlər ki, orqanların qan qrupunu dəyişdirmək imkanı orqan gözləmə siyahısındakı namizədlərin yarıdan çoxunu təşkil edən 0 qrup xəstələr üçün inqilabi əhəmiyyət daşıyır. Bu üsul orqan köçürülməsi gözləmə müddətlərini əhəmiyyətli dərəcədə azalda bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri