Tibbi avadanlıqlar satan “İnex” gömrükdə cərimələndi
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
“İnex” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qanun pozuntusu aşkar olunub.
Demokrat.az bildirir ki, yurd.media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda tibbi, estetik və stomatoloji (dental) avadanlıqların idxalı, satışı, icarəsi və texniki servisi sahəsində fəaliyyət göstərən şirkətin mallarını gətirən nəqliyyat vasitələtindən biri yolda olduğu zaman xarici ölkənin ərazisində qəzaya uğrayıb.
Bu səbəbdən mallar 2 nəqliyyat vasitəsində ölkə ərazisinə daxil olub. Bu səbəbdən qısa idxal bəyannaməsində 2 nəqliyyat vasitəsinin dövlət nömrə nişanı göstərilib.
Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokola əsasən, ümumi nəticədə gömrük bəyannaməsində qeyd edilən malların ümumi invoys dəyəri və çəkiləri qısa idxal bəyannaməsi ilə üst-üstə düşməyib və uyğunsuzluq yaranıb.
Belə ki, gömrük bəyannaməsində malların ümumi invoys dəyəri 9100 ABŞ dolları göstərildiyi halda qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 32 121 dollar qeyd edilib.
Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə MMC 250 manat cərimə edilib.
Qeyd edək ki, 10 ildir fəaliyyət göstərən “İnex” MMC-nin direktoru Mahir Aslanovdur.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:İnex şirkəti ilə lazeroloqlar arasında qalmaqal Şirkət Taleh Heydərovun adını hallandırır
23 Aprel 2026 17:41
Bakıdan Aktauya həkim heyəti və tibbi avadanlıqlar
25 Dekabr 2024 14:16
Penitensiar Xidmət 735 minlik tibbi avadanlıqlar ALACAQ
21 Avqust 2025 11:04
Gömrük Hospitalı yarım milyonluq tibbi avadanlıqlar ALACAQ
03 Sentyabr 2025 11:30
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07 May 2025 18:25
Baxış sayı:153
Bu xəbər 07 Sentyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları