Tibbi müayinədən keçə bilmədi, klub transferdən imtina etdi
Icma.az, Qol.az saytına istinadən bildirir.
İngiltərənin "Kristal Palas" klubunun hücumçusu Jan-Filip Matetanın "Milan"a keçidi baş tutmayıb.
QOL.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, 28 yaşlı futbolçunun İtaliya klubuna transferi tibbi müayinə səbəbindən ləğv edilib. Bu gün iki dəfə müayinədən keçən hücumçunun nəticələri qənaətbəxş olmayıb.
London klubu artıq transferin baş tutmayacağı barədə məlumatlandırılıb. Mateta özü "Milan"a keçməyə çox istəkli olsa da, sağlamlıq testlərindəki problem buna mane olub.
Qeyd edək ki, fransalı forvard cari mövsümdə "Kristal Palas"ın heyətində 34 oyuna çıxıb, 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Fevral 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















