Icma.az
close
up
RU
Tibbi müqavilədən necə istifadə edə bilərik? Nazirlik rəsmisi AÇIQLADI

Tibbi müqavilədən necə istifadə edə bilərik? Nazirlik rəsmisi AÇIQLADI

Icma.az, Tribuna saytına istinadən bildirir.

“Tibbi yardımın göstərilməsi haqqında müqavilələr, əslində, Mülki Məcəllədə öz əksini tapan tapşırıq müqavilələrinin bir növüdür. Tapşırıq müqaviləsinə görə isə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür”.

Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin Hüquq şöbəsinin böyük məsləhətçisi İntiqam Hacıyev açıqlayıb.

Onun sözlərinə görə, tibbi müqavilə də öz növbəsində tibbi xidmətlərin göstərilməsinə yönəlib:

“Qanunvericiliyə baxsaq, tibbi müqavilə anlayışı “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununda da öz əksini tapıb. Həmin qanunun 7-ci maddəsi “Tibbi yardım göstərilməsi barədə müqavilə” adlanır və orada qeyd edilir ki, özəl tibb müəssisəsi tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Yəni tibbi xidmət müqaviləsində hansı tibbi xidmətin göstəriləcəyi və həmin xidmətin dəyəri və digər əsas şərtləri tənzimlənir”.

İ.Hacıyev bildirib ki, tibbi xidmət müqaviləsinin mövcud olması həkimin və ya klinikanın məsuliyyətdən kənar qalması anlamına gəlmir. Çünki müqavilə olsa belə, əgər həkim səhvi varsa, hər bir halda məsuliyyət də var.

O vurğulayıb ki, digər müqavilələrdən fərqli olaraq, tibbi xidmət müqaviləsi bəzən təcili şəkildə də bağlana bilir.

Onun sözlərinə görə, əgər xəstənin vəziyyəti olduqca ağırdırsa, dərhal tibbi müdaxilə aparılmalıdırsa, lakin xəstənin huşu özündə deyilsə, bu zaman xəstəyə tibbi xidmət göstərilməsi üçün onun yerinə imza edəcək səlahiyyətli bir şəxsi gözləmək daha ağır fəsadların baş verməsinə səbəb ola bilər:

“Bu kimi hallarda ilkin tibbi yardım müqaviləsiz həyata keçirilməlidir. Əgər həyati göstəriş mövcuddursa, müqavilə olmadan da, razılıqlar alınmadan da tibbi xidmət göstərilə bilər. Bu kimi hallarda yaxşı olardı ki, yaxın qohumuna tibbi xidmət müqaviləsi imzaladılsın. Digər bütün hallarda isə müqaviləni səlahiyyətli şəxsin imzalaması mütləqdir. Əks təqdirdə baş verə biləcək mübahisələrdə klinika özünü müdafiə edə bilməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see257

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see209

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see179

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see164

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see140

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see129

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see127

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see125

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see122

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri