Icma.az
close
up
RU
“Tibbi şəhadətləndirmə” altsistemi və proaktiv təyinat mexanizmi müsabiqədə uğur qazanıb AZƏRTAC

“Tibbi şəhadətləndirmə” altsistemi və proaktiv təyinat mexanizmi müsabiqədə uğur qazanıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Tibbi şəhadətləndirmə" altsistemi IDDA AWARDS müsabiqəsində ”İlin rəqəmsal layihəsi” nominasiyası üzrə birinci yeri, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun proaktiv təyinat mexanizmi isə ikinci yeri tutub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil edilib. Məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edənlər arasında rəqabət mühiti yaratmaqdır.

”İlin rəqəmsal layihəsi” nominasiyası üzrə müsabiqənin qalibi elan edilən "Tibbi şəhadətləndirmə" altsistemi vasitəsilə çağırışçıların yekun tibbi qiymətləndirilməsinin həyata keçirilməsi prosesində qurumlararası məlumat mübadilələrinin elektronlaşdırılması təmin edilib və bu, prosesdə şəffaflıq və çevikliyin, obyektiv yanaşmanın, vətəndaş məmnunluğunun təminatına imkan verib.

Çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə müvafiq göndəriş daxil edilir. Həmin göndərişə əsasən çağırışçılar onlar üçün avtomatik təyin edilən e-növbəlilik qaydasında Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir.

2019-cu ildən yaradılan proaktiv təyinat mexanizmi isə sosial ödənişlərin onları almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, elektron qaydada təyin edilməsinə şərait yaradıb. Sosial ödənişlərin proaktiv təyinatı mexanizmi ötən dövrdə bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri