Tibbi sığorta haqqında Qanuna dəyişikliklər olunub
Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında söyləyib. O bildirib ki, qanun üzrə yeniliklər bir neçə həssas sosial qrupu əhatə edir:
Məlumata görə, icbari tibbi sığorta aşağıdakı şəxslərə də şamil olunacaq:
Azərbaycan Respublikasının vətəndaşları;
Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslər; BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər;
həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslər (müəyyən istisnalarla).
Zaur Əliyev diqqətə çatdırıb ki, cəzaçəkmə müəssisələrində olan şəxslərin tibbi təminatı ilə bağlı da yeni mexanizm müəyyənləşdirilib:
"Ədliyyə Nazirliyinin zəruri tibbi avadanlığı və mütəxəssisi olmadığı hallarda həmin şəxslərə göstərilən tibbi xidmətlər icbari tibbi sığorta hesabına qarşılanacaq. İlkin mərhələdə təqribən 1500 nəfərin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərlə təmin olunması nəzərdə tutulur. Bu məqsədlə dövlət büdcəsindən 200 min manata qədər vəsait ayrılıb".
Zaur Əliyevin sözlərinə görə, dəyişikliklərin məqsədi əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək və sosial ədalət prinsiplərini gücləndirməkdir.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:34
Bu xəbər 27 Yanvar 2026 10:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları