Tibbi təhsili yoxdur, lakin həkimdir Onkoginekoloq Turanə Nəsibovadan ŞİKAYƏT
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Atlas Medical Center"də fəaliyyət göstərən onkoginekoloq Turanə Nəsibovanın tibbi təhsili olmadığı iddia olunub.
Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə qeyd edilib.
Bildirilib ki, sözügedən şəxsin tibbi fəaliyyət göstərə bilməsi üçün nəinki ali, heç orta ixtisas təhsili də yoxdur.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"ndə əks olunur. Sözügedən reyestrdə Turanə Nəsibova ilə bağlı hər hansı məlumat yer almır.
Onkoginekoloq Turanə Nəsibova və "Atlas Medical Center" ilə əlaqə saxlamağa çalışsaq da, telefonumuza cavab verən olmadı.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 08 Avqust 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















