Tibo Kurtua Belçika millisinə qayıtmağa hazırdır
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın "Real" (Madrid) klubunun qapıçısı Tibo Kurtua baş məşqçi Domeniko Tedeskonun gedişindən sonra Belçika millisinə qayıtmağa hazırdır.
"Report" "Marca" qəzetinə istinadən xəbər verir ki, yeni çalışdırıcı Rudi Qarsiya 32 yaşlı qolkiperi Belçikanın UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün heyətə çağıracaq.
"Əlcək sahibi" 2 il əvvəl sabiq baş məşqçi Tedesko ilə münaqişə edərək millidən ayrılmışdı. Alman mütəxəssisin postunu tərk etməsindən sonra qapıçının heyətə dönüşü real görünür.
Qeyd edək ki, Kurtua Belçika millisində 102 oyun keçirib, 51 matçda qapısının toxunulmazlığını qoruyub.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:Tibo Kurtua Belçika millisinə qayıtmaq qərarını açıqladı
14 Noyabr 2026 22:33
Tibo Kurtua Belçika millisindəki karyerasını müvəqqəti dayandırıb
09 Sentyabr 2026 19:05
Tibo Kurtua başladı
08 Avqust 2026 12:53
Tibo Kurtua fikirindən daşındı
15 Mart 2025 18:30
Kurtua Belçika millisindən imtina etdi
09 Sentyabr 2026 18:59
Baxış sayı:209
Bu xəbər 25 Fevral 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















