Ticarət dövriyyəsində son 15 ilin ən yüksək mənfi saldosu qeydə alınıb
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən ilin dekabr ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 4 milyard 843,8 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 1 milyard 652,8 milyon dollarını ixrac, 3 milyard 191 milyon dollarını idxal təşkil edib.
Qeyd edək ki, ötən ilin dekabr ayında ticarət dövriyyəsində 1 milyard 538 milyon dollarlıq mənfi saldo yaranıb. Əvvəlki ilin eyni dövründə isə cəmi 70 milyon dollarlıq mənfi saldo olub.
Onu da bildirək ki, xarici ticarət dövriyyəsi ilə bağlı açıqlanan aylıq göstəricilərdə daha əvvəl bu səviyyədə mənfi saldo qeydə alınmayıb. Dövlət Gömrük Komitəsi 2011-ci ildən etibarən aylıq göstəricilər açıqlayır və son 15 il ərzində heç vaxt 1,5 milyard dollar məbləğində mənfi saldo müşahidə olunmayıb.
Ötən ilin yekununda isə 663 milyon dollarlıq müsbət saldo qeydə alınıb ki, bu da 2007-ci ildən sonra qeydə alınan ən aşağı göstərici hesab olunur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Xarici ticarət dövriyyəsində mənfi saldo qeydə alınıb
16 Oktyabr 2025 10:31
Almaniyanın xarici ticarət dövriyyəsində azalma qeydə alınıb
09 İyul 2025 09:43
Apreldə ticarət dövriyyəsində 71 milyon dollarlıq mənfi saldo qeydə alınıb
20 May 2025 13:09
Xarici ticarətdə son 14 ilin ən böyük mənfi saldosu qeydə alınıb
18 Dekabr 2024 11:41
“Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində 6 dəfə artım qeydə alınıb...”
17 Noyabr 2025 09:18
Baxış sayı:93
Bu xəbər 21 Yanvar 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















