Ticarət mərkəzinin parkinqi Bakının mərkəzində tıxac yaradır VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının ən sıx hərəkətli ərazilərindən biri olan Nizami küçəsində, “Nərgiz Mall”un altında yerləşən parkinq hər gün ciddi tıxac problemi yaradır.
Avtosfer.az-a məlumat verən sürücülər bildirirlər ki, parkinqin həm giriş, həm də çıxışının eyni nöqtədən Füzuli küçəsi, 49 ünvanından təmin olunması səbəbindən ərazidə mütəmadi olaraq hərəkət dayanır.
Şahidlərin sözlərinə görə, parkinqdə yer olmadıqda giriş tam bağlanır və növbədə dayanan avtomobillər uzun müddət yolun hərəkət hissəsində gözləməli olur. Bu səbəbdən tıxac təkcə parkinqin qarşısında deyil, ətraf küçələrə də yayılır. Xüsusilə İslam Səfərli küçəsinin təmir səbəbindən bağlı olması vəziyyəti daha da ağırlaşdırır.
Videonu çəkən sürücü bildirib ki, həmin gün təxminən 40 dəqiqə tıxacda qalmalı olub:
“Parkinqin qarşısında dayanıb yer boşalmasını gözləyirlər, bu da bütün yolu bağlayır. Nəticədə mərkəzdə hərəkət dayanır. Bu vəziyyət hər gün təkrarlanır, amma heç bir tədbir görülmür”.
Sakinlər və sürücülər aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağırırlar.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















