Icma.az
close
up
RU
TİF Orta Dəhlizin inkişafı üçün layihələri maliyyələşdirəcək

TİF Orta Dəhlizin inkişafı üçün layihələri maliyyələşdirəcək

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Türk İnvestisiya Fondu (TIF) nəqliyyat sahəsində, xüsusilə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsinə diqqət yetirməyi planlaşdırır.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu TIF prezidenti Bağdat Amreyev Aşqabadda BMT-nin dayanıqlı nəqliyyat üzrə iclasında bildirib.

"Dayanıqlı Nəqliyyat Dostları Qrupunun (GFST) nazirlərin iclası bu il noyabrın 27-də Türkmənistan və Çinin birgə sədrliyi ilə Aşqabadda keçirilib. İclasda BMT-nin dayanıqlı nəqliyyat, yol təhlükəsizliyinin artırılması və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması sahəsində məqsədlərinə nail olmaq üçün birgə səylərə, eləcə də strateji tərəfdaşlığa, həmçinin dayanıqlı nəqliyyat həllərinin hazırlanmasına və innovativ "yaşıl texnologiya”ların tətbiqinə xüsusi diqqət yetirilib", - məlumatda qeyd edilb.

B.Amreyev çıxışında nəqliyyat və gömrük əməkdaşlığının türk əməkdaşlığı gündəliyində prioritet olaraq qaldığını qeyd edib.

O vurğulayıb ki, regional ticarət və investisiyaların stimullaşdırılması üçün yaradılmış Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə maliyyə qurumu olan fond, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna xüsusi diqqət yetirərək, logistika və infrastrukturu dəstəkləyərək nəqliyyat sektorunu fəal şəkildə inkişaf etdirəcək.

Bundan əlavə, B.Amreyev qeyd edib ki, Türk İnvestisiya Fondu “Ro-Ro” və “Ro-Pax” bərə daşımalarının inkişafı, həmçinin nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması kimi digər nəqliyyat təşəbbüslərini də dəstəkləməyə hazırdır.

"B.Amreyev fondun TDT ölkələrində dayanıqlı nəqliyyat sisteminin yaradılması üçün BMT-nin Dayanıqlı Nəqliyyat Dostları Qrupu və bütün beynəlxalq maraqlı tərəflərlə sıx əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunu vurğulayıb", - məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Noyabr 2024 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri