Icma.az
close
up
RU
Tiflis, Balakən, yoxsa Şuşa… Xacə şahın qəbri hardadır?

Tiflis, Balakən, yoxsa Şuşa… Xacə şahın qəbri hardadır?

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mütaliəni ən yaxşı asudə vaxt sərfi hesab edənlər, yəqin ki, “Xacə şah” romanını oxuyublar. Rəvan dili və axıcı təhkiyəsi ilə adamı valeh edir. Birnəfəsə oxunur. Mütaliədən yorulub kitabı kənara qoyanda da fikrini ondan ayıra bilmirsən. “Görən sonra nə olacaq?” deyə, ya işlərini becid tamamlamaq istəyir, ya da səhərin tez açılmasını arzulayırsan.

Qacar xanədanının iki üzvü bəxt sarıdan qısırdır. İlki – Ağa Məhəmməd xan və sonuncusu – Əhməd şah.

Biri – 11 yaşında axtalanıb; digəri – 12 yaşında könülsüz taxta çıxıb. Pepperoni pizza

Mənbələr yalan danışa bilər, amma onlara etibar etmək məcburiyyətindəyik.

Qacar nəslinin ilk təmsilçisi və xanədanın təsisçisi barədə köhnə yazılara, kənarları ovulan, saralıb-solmuş vərəqlərə baxdıqda, adının iki cür yazılış qaydasını görəcəksiniz.

İlk sözün – “Ağa”nın ikinci hərfi ya “qaf”la (آقا) , ya da “ğayn”la (آغا) həkk olunur.

“Xacə şah” romanının başlanğıcı yadınızdadır, göydə “quyruqlu ulduz”un görünməsi epizodu ilə başlayır. Demə, müəllifin – Jan Gevrin təxəyyül məhsulu deyilmiş: salnaməçi Xacə Tacdarın kitabında gələcək şahın Halley kometinin Yer kürəsinin yaxınlığından keçdiyi gecə doğulduğu qeyd olunub və məhz buna görə adının əvvəlinə “Ağa” (آقا) kəlməsi qoyulduğu iddia edilir.

Doğrudur, astronomlar kometin 26 oktyabr 1742-ci il deyil, 1758-də planetimizin yaxınlığından keçdiyini deyir. Ola bilsin ki, bu başqa “quyruqlu ulduz” olub. Ya da doğum tarixi səhvdir.

Yeri gəlmişkən, Məsihin doğumunu xəbər vermiş ulduzun da Halley kometi olduğu düşünülür. Yəni “quyruqlu ulduzlar” Şərqdə həmişə tarixi çevrilişlər, yeniliyin başlanğıcı və dahilərin doğumu kimi qavranılır.

Qacarın adındakı ilk sözün ikinci yazılış tərzi (آغا) barədə isə mənbələr bunu deyir: “Ağa Məhəmməd xan evlənməzdən əvvəl nişanlısına təcavüz etdiyi üçün cəza olaraq Nadir şahın varisi Adil şah tərəfindən qaçırılıb və axtalanıb”.

Yaxud: “Ağa Məhəmməd xan 11 yaşında çox yaraşıqlı olub, Məşhəd hökmdarı Adil şahın xanımlarından biri ilə zinakarlıq etdiyindən Mahmud Əfqan onu axtalayıb”.

Hətta bu da deyilir ki: “O, əsir düşən Lütfəli xan Zəndin oğlunu da axtalayıb”.

Ağa Məhəmməd xan Qacarın zalım, qaniçən, rəhmsiz obrazı, məncə, yetərindən artıq tündləşdirilib. Zəmanəsində (özündən əvvəl və elə indilərdə də) qılıncının qəbzəsindən belə qan daman azmı hökmdar olub?!

Mənbələrdə deyilir ki: “Müharibədə şiddətli bir insan olsa da, təqsirkar olduğu sübuta yetirilməyincə heç kimin cəzalandırılması əmrini verməzdi. Hətta bəzən təqsirləndirilən şəxsləri özü dindirirdi. Təbrizdə sui-qəsdçilər onu öldürmək istədikdə, bəylərbəyi qəsdi faş etdi. Qacar padşahı özü müttəhimlərin hər birini sərbəst şəkildə dindirir və etiraf etdiklərindən sonra cəzalarını müəyyənləşdirirdi. O, bəylərbəyiyə min tümən bəxşiş verdi və vədinə uyğun olaraq, yalnız sui-qəsd təşkilatçılarını edam və sıravi iştirakçıları əfv etdi, halbuki sonuncuların Qacarı öldürmək istəkləri tam sübut olunmuşdu”.

Tehranın Vəramin məhəlləsindəki bu ağac Ağa Məhəmməd şah Qacarın müvəqqəti tacqoyma mərasiminin keçirildiyi yerdir. Sonradan Azərbaycana yürüşü zamanı Muğan düzündə əsl tacqoyma mərasimi keçirilib.

Qacar səltənətinə ilk ayaq açmış avropalılardan biri – Ser Con Malkolm yazır ki: “Ağa Məhəmməd xan Qacar şəriətə hörmət və ehtiramla yaşayırdı və zahirən müqəddəs idi. Gün ərzində çox məşğul olsa da, hər gecə namaz qılar və dua edirdi”.

Bu, uydurma deyil. Anası Ceyran xanımdan oxumağı və yazmağı öyrənmiş Ağa Məhəmməd xan Quran hafizi idi. 13 yaşında atası Məhəmmədhəsən xanın ən yaxşı oxçularından biri sayılır, atasının kəşfiyyat dəstəsinə rəhbərlik edirdi. Onun mətin döyüşçü simasına şairanə cizgilər yaraşdırmaq kiməsə bəlkə də qəlp görünə bilər. Amma əksər salnaməçilər yazır ki, “…çox kitab oxuyan bir insan idi və ömrünün sonuna qədər bu aludəsini tərk etmədi. Düşmənləri bunu xacəliyi və bekarçılıq səbəbi hesab edirdi, lakin o, kitabxanasını hətta hərbi yürüşlərə aparırdı. Şeyx Əli Təcrişidən uzun illər fəlsəfə öyrənmişdi. Fars, türk, ərəb və rus dillərini mükəmməl bilir, fransızca danışırdı”.

“Fransa” demişkən, başqa bir maraqlı fakt Napoleonun Fətəli şaha yazdığı məktubda sələfi Ağa Məhəmməd şahı tərifləməsidir: “Yalnız Məhəmməd şah, fikrimcə, padşaha layiq yaşayıb və Xosrovanə düşüncə ilə İranın çox hissəsini fəth edərək hökmranlığını qurub; fəthindən qazandığını sizə əmanət verib”.

“Qarabağnamə”lərin hamısını oxumuş və özünü tərifləmək olmasın, tükü-tükdən seçən bir oxucu kimi bir məsələ mənə heç vaxt rahatlıq verməyib: 17 iyun 1797-ci ildə Şuşa qalasında öldürülən Ağa Məhəmməd xan Qacarın nəşi harada və necə dəfn olunub? Çünki “Qarabağnamə”lər bizə fərqli mənzərələr təqdim edir.

Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sində bu sətirlər var: “Ağa Məhəmməd şahın başını da Məhəmmədrəfi bəylə Balakənə göndərdi. Behiştlik İbrahim xan, Ağa Məhəmməd şahın təhlükəsindən asudə olunca, onun başını bir sovqat kimi Gürcüstan valisinə yolladı…”

Mirzə Yusifin qeydi: “Məhəmməd bəy Ağa Məhəmməd xanın başını Məhəmmədrəfi bəyin yaxın adamı ilə Balakənə, İbrahim xana göndərdi. Həmin xan da onun başını bir əyləncə kimi valinin tamaşasına çıxartdı…”

Bu dürlü qeydlərdən başın Tiflisdə və ya Balakəndə dəfn edildiyi gümanı yaranır. Xan sarayının vəziri olmuş Mizə Camalın “Qarabağnamə”sində də bu qeyd mövcuddur: “Ağa Məhəmməd şahın kəsilmiş başını öz məktubu ilə birlikdə qədim xidmətçilərindən birinin vasitəsilə Balakənə, mərhum İbrahim xanın yanına göndərdi. Şahın başı İbrahim xanın hüzuruna çatdıqda, onun öldürülməsi hamıya yəqin oldu. Nəcabətin və ehtiramın tələbinə görə, şahın başını tam bir hörmətlə, qüsl və kəfən etdirib, lazımi dini mərasim qaydalarını bilən yaxşı mötəbər mollalarla Cara göndərərək, o yerin böyük adamlarının qəbiristanlığında dəfn etdirdi”.

Amma sonrakı qeydlərdə deyilir: “Qarabağ vilayətinin vəziyyəti olduqca çətin olduğundan, ətrafı isə düşmən və bədxahlar bürüdüyündən, İbrahim xan mülayimlik etməyi məsləhət bilərək, Ağa Məhəmməd şahın cənazəsini böyük ehtiramla Tehrana göndərdi. Fətəli şah İbrahim xanın belə hərəkətini özü üçün xoşbəxtlik sanıb, onun adamların xələt və ənamla geri qaytardı…”

Belə olan halda, Ağa Məhəmməd xan Qacar konkret harada dəfn olunub?

Mənbələr buna aydınlıq gətirir: “Əvvəlcə onu Şuşa qalasında basdırdılar, ancaq qardaşı oğlu Fətəli şah taxta çıxdıqdan sonra Ağa Məhəmməd xanın cəsədini Tehrana gətirtdi və hicri 26 cəmadiəl-əvvəl 1212-ci ildə Nəcəfül-Əşrəfdə dəfn olunmasını əmr etdi. Şah hz. Əlinin (ə) türbəsində, zərihin baş tərəfində, 7 zər (dirsək – təxminən 50 sm) məsafədə basdırıldı”.

Jan Gevr yazır: “Qacar xanı dindar adam idi. Heç vaxt namazının vaxtını ötürməmişdi. Başqa məzhəbdə olanlara güzəşt edərdi, heç kimin haqqı yox idi ki, isəviləri və musəviləri incitsin. Bu qanunu tapdalayanlar şiddətli cəzalanırdılar. Ağa Məhəmməd şah Qacardan qabaq onların yağışlı günlərdə evdən bayıra çıxmağa ixtiyarları yox idi. Ağa Məhəmməd şah ətrafdakıları başa saldı ki, İslam dinində məsihilər və yəhudilər murdar deyillər, ona görə ki, onlar da Allahı tanıyıb, ona pərəstiş edirlər. Yağışlı günlərdə onlar evlərindən çıxıb öz işləri ilə məşğul ola bilərlər. Ağa Məhəmməd şahdan qabaq musəvilərin öz məbədlərində uca səslə Tövrat oxumağa icazəsi yox idi. Hər kim uca səslə Tövrat oxusaydı, ağır cəza verirdilər. Ağa Məhəmməd şah Qacar icazə verdi ki, onlar Tehranda sinaqoq tikdirib, uca səslə Tövrat oxusunlar…”

Məndən bu qədər, kitab oxuyun. “Hellas” yox, “Xacə şah”…

Əziz Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see351

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see323

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see261

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see200

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see138

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see135

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see132

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see129

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see128

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see126

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see124

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see123

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see122

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi

15 Oktyabr 2025 15:56see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri