Tiflis geri çəkilir: Qalmaqallı qanun dəyişdirilir
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Gürcüstan hakimiyyəti ölkədə etiraz dalğasına səbəb olan "Xarici agentlər haqqında" qanuna dəyişiklik edəcəyini vəd edib.
Axar.az xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Alen Berse Tiflisdə mətbuat konfransında deyib.
“Hökumət “Xarici təsirlərin şəffaflığı” Aktının məzmununu dəyişdirməyi öhdəsinə götürüb. Bu məqsədlə Gürcüstan və Avropa Şurası, o cümlədən Venesiya Komissiyasının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılacaq”, - o bildirib.
O qeyd edib ki, Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulduğu və Venesiya Komissiyasının göstərdiyi kimi qanunvericilik Avropa standartlarına tam uyğun olması üçün dəyişdirilməlidir:
“Bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, seçki islahatları, həbsxana və probasiya islahatları kimi digər sahələrdə də oxşar proseslər həyata keçirilə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 20 Dekabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















