Icma.az
close
up
RU
Tiflisdə “qanuni oğru”nun qardaşını öldürüdlər: Lənkəranskini bıçaqlamışdı VİDEO

Tiflisdə “qanuni oğru”nun qardaşını öldürüdlər: Lənkəranskini bıçaqlamışdı VİDEO

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Dünən Tiflisdə gecə saatlarında kriminal aləmdə Suxumi qrupluşmasının lideri kimi tanına “qanuni oğru” Merab Canqveladzenin qardaşı Levan Canqveladze öldürülüb. İlkin məlumatlara görə, ona 9 güllə vurulub. Levan illərdir ki, Suxumi klanında əsas rol oynayırdı və onun “beyin mərkəzi” hesab olnurdu. O, Merabın “qanuni oğru” statusuna görə həll edə bilmədiyi “həssas məsələləri”, o cümlədən hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəni idarə edib. Levan Suxumskinin Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili ilə də yaxın münasibətləri olduğu haqda iddialar vardı. Onun Gürcüstanda restoranları, mehmanxanaları və tikinti biznesinin olduğu deyilirdi.

Bakupost.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Suxumu klanının “beyni” hesab olunan Levanın qətli “Ded Xasan”ın davamçısı sayılan Laşa Şuşanaşvilinin qisasıdır.

Levan

Merabın digər əsas “qan düşməni” ali “oğrular iyerarxıyasından” Şakro Molodoy ləqəbli Zaxari Kalaşov olduğu da bilininən faktdır. Ümumiyyətlə, onun Ded Xasanın-yezidi kürdlərlə daima problemləri olub. 2009-cu ilin oktyabr ayının 2-də 49 yaşlı “4room” mebel mərkəzinin direktoru Şababa Aloyanın qətlində də onun adı qırmızı xətlə keçib. Merab Suxumskinin milliyyətcə kürd olan Şababa Aloyandan hədə yolu ilə 20 milyon dollar aldığı iddia edilirdi. Bir müddət sonra bu qətlin icraçısı olan iki erməni killerdən biri Ukraynada öldürüldü, digəri isə tutuldu.

Həbs edilən David Levinin yaşadığı qadın istintaqda biznesmenin qətlini necə hazırladıqlarında danışır və sifarişçinin Merab Canqveladzenin olduğunu deyir. Merabın qətldə iştirakını sübut etmək mümkün olmasa da, qan düşmənçiliyində adət-ənənəyə söykənən Aloyanın qohumları intiqam alacaqlarına and içirlər.

Rusiya mafiyasının “xaç atası” Vyaçeslav İvankovla (“Yaponçik”) qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsd də əsas fiqurant olub. “Yaponçik” tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında Merab da var. Merab Canqveladze qardaşının qətlindən sonra kriminal alımdə yeni müharbə başlayacağı gözlənilir.

Merab

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb. 1975-ci ildən anadan olan Levan da Suxumski ləqəbi ilə tanınır. Levan Suxumski Orenburq vilayətindəki xüsusi rejimli “Qara Delfin” həbsxanasından başqa Rusiyanın demək olar ki, bütün həbsxanalarında olub. “Qanuni oğru” hətta 2011-ci ildə istintaq müddətində təcridxananın qadınlar saxlanılan bölməsinə yerləşdirilib. Buna səbəb isə onun nüfuzunu zədələmək deyil, əksinə qorumaq olub. Belə ki, həmin vaxt təcridxanada olanlar Levan Suxumskinin “ideoloji düşmənləri” imiş və bu səbəbdən onun qadınlar üçün nəzərdə tutulan korpusda saxlamaq zərurəti ortaya çıxıb.

Merab Canqveladze vaxtilə Rövşən Canıyevlə (Rövşən Lənkəranski) ilə yaxınlıqda ediblər. Ancaq olduqca tez bir zamanda onlar arasında gərginlik başladı ki, onun əsas baiskarı dünən öldürülən Levan olmuşdu. 2012-ci ilin yayında Lənkəranskinin Dubayda Levan Canqveladze ilə söhbəti olub. Rövşən ona bildirib ki, bazarlarda şəriklik etmək ayrı, onu “ələ keçirmək” cəhdi ayrıdır. Levanla söhbət əlbəyaxa davaya çevriləndə gürcü bıçağı götürərək Rövşənə yüngül xəsarət yetirmişdi. Dubayda baş verən hadisələrdən az sonra Rövşən o vaxt İtaliyada gizlənən Merab Canqveladze ilə görüşüb. Lənkəranski qardaşının davranışı ilə bağlı şikayətlərini “qanuni oğru”ya bildirməyə çalışıb. Burda da gərginlik yaranıb, Merab hətta silaha da əl atıb. Gərginliyə baxmayaraq tezliklə tərəflər barışıb. Amma son illəronlar Lənkəranski ilə yaxınlıq etməyiblər. 2013-cü ildə Ded Xasanın öldürülməsindən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Mart 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri