Icma.az
close
up
RU
Tiflisdən Zəngəzur həmləsi Nə baş verir?

Tiflisdən Zəngəzur həmləsi Nə baş verir?

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Gürcüstanın gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri ciddi problemlə üzləşib - deputatdan təpki

“Zəngəzur dəhlizi layihəsi bütün bölgə üçün faydalı olacaq”. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. Papuaşvili bildirib ki, Gürcüstan Zəngəzur dəhlizi təşəbbüsünü alqışlayır.

Ancaq Batumi və Tiflis gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri ciddi problemlə üzləşib, onların buraxılışı əngəllənib. Daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyi bu məsələni nəzarətə götürüb və səfirliyin nümayəndələri Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər. Danışıqlardan sonra qarşı tərəf məsələnin çox qısa zamanda tam həll olunacağına söz verib.

“Bakı-Xəbər”in məlumatına görə, Azərbaycana aid TIR sürücülərindən Pərvin Həsənov qeyd edib ki, yalnız Azərbaycan səfirliyinin əməkdaşlarının Gürcüstanın müvafiq orqanlarının nümayəndələri ilə görüşündən sonra saxlanılan yük avtomobillərinin problemi həll olunmağa başlayıb.

Analoji problemlə qarşılaşan sürücü Balay Allahverdiyev onlardan əvvəl 70-ə yaxın avtomobilin geri qaytarıldığını deyib: “Həmin sürücülərə Gürcüstan tərəfi deyib ki, sizin Zəngəzur dəhliziniz var, gedin, oradan keçin. Onları geri qaytarıblar və hazırda həmin sürücülər İran və ya Türkiyə ərazisindən keçid etməyə cəhd göstərirlər”.

Nəqliyyat Dəhlizləri Tədqiqatları Mərkəzinin direktoru Paata Tsaqareişvili sözügedən narahatlığı belə izah edib: “Ermənistan, Azərbaycan və Türkiyə arasında yeni marşrutların açılmasından sonra Gürcüstan tranzit yüklərinin 20%-ə qədərini itirmək riski ilə üzləşir. Ekspertlər bildirir ki, Zəngəzur dəhlizinin açılması Gürcüstandan keçən xətlərin ikinci plana düşməsi anlamına gəlmir. İndi hətta Ermənistan da Gürcüstanı buna inandırmağa çalışır. Ermənistan prezidenti Vaaqn Xaçaturyan bəyan edib ki, Zəngəzur dəhlizi Gürcüstan üçün təhlükə yaratmır, əksinə, bütün region ölkələri, o cümlədən Rusiya üçün yeni imkanlar açır.

Gürcüstanın azərbaycanlı yük maşınlarının sürücülərini sıxışdırması münasibətlərə necə təsir edə bilər? Doğrudanmı Tiflis dəhlizə görə belə bir təzyiq siyasətinə əl atıb?

Azər Allahverənov

Azərbaycan-Gürcütan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Azər Allahverənov “Yeni Müsavat”a bildirdi ki, Batumidə gömrük-keçid məntəqəsində 20 gündən artıq saxlanılan Azərbaycan yük avtomobilləri ilə bağlı informasiya məkanında müxtəlif məlumatlar dolaşmaqdadır: “Məlumatlarda əsas fikir ondan ibarətdir ki, daha çox tütün məmulatlarının daşınması ilə məşğul olan yük avtomobillərinin saxlanması baş vermişdir. Bu məsələ 20 gündən çoxdur kəskin şəkildə, hətta müxtəlif kanallar vasitəsilə dilə gətirilirdi. Onda da bir müddət saxlanıldığı bildirilmişdi və bir aya yaxındır ki, bu proses davam edir. Gürcüstanın müvafiq rəsmi qurumları bəyan etdilər ki, bu, qanuni prosedurlar çərçivəsində baş verən prosesdir. Eyni zamanda həmin ərəfədə bizim diplomatik qurumlar prosesə müdaxilə elədilər və danışıqlar apardılar. Nəticədə avtomobillərin bir qisminin buraxılması prosesi başladı. Amma dünən və bu gün yayılan məlumatlardan görünən odur ki, hələ də müəyyən narahatlıqlar var. Zəngəzur dəhlizi ilə bağlı kimsə o cür fikirlər söyləyibsə, bu, şəxsi fikirdir, belə fikirlərin dilə gətirilməsi heç də yaxşı hal deyil. Gürcüstan dövlətinin Zəngəzur dəhlizi ilə bağlı rəsmi mövqeyi bəllidir. Bu rəsmi mövqeyə zidd hansısa şəxslər fikirlər ifadə edirlərsə, müsbət qarşılana bilməz. Gürcüstanın baş naziri Zəngəzur dəhlizinin açılmasını bütövlükdə regiona üçün yeni imkanların açılacağı kimi dəyərləndirib. Tiflisin mövqeyi bu cür ortaya qoyulub. İndi kimsə bu mövqeyə uyğun gəlməyən mövqe ortaya qoyubsa, Gürsüstan hökumətinin mövqeyinə qarşı çıxmış olur. Ona görə də bəzən hansısa bir gömrük işçisinin və ya sərhəd xidməti işçisinin şəxsi müstəvidə fikir söyləməsi təbii ki, Gürcüstan hökumətinin mövqeyi deyil. Kiminsə qeyri-rəsmi fikrinin siyasi rəsmi don geyindirməklə müxtəlif platformalar üzərindən tirajlanması xoşagələn hal deyil. Yük maşınlarının məsələsi tezliklə həllini tapacaq”.

A.Allahverənov qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması Gürcüstanın maraqlarına zidd deyil: “Orta dəhlizin əsas iki seqmenti Bakı-Tiflis-Qars və Zəngəzur dəhlizi üzərindən keçən Bakı-Naxçıvan-Qars dəmir yolundan il ərzində 70-80 milyonluq yükün daşınması nəzərdə tutulursa, deməli, buradan Gürcüstanın da böyük qazancları olacaq. Artan yük həcmi Gürcüstanın üzərindən keçən xəttin yükdaşıma qabiliyyətinin artırılması zərurətini meydana gətirəcək. Deməli, Zəngəzur dəhlizinin açılması əslində Gürcüstanın da gəlirlərini artırmış olacaq. Ona görə də hansısa şəxslərin dilindən "Zəngəzur dəhliziniz var gedin, açılmasını gözləyin" kimi fikirlər səslənibsə, bəlkə də qəsdən ortaya atılmış yanlış fikirlərdir. Real situasiya isə belədir ki, Cənubi Qafqaz bölgəsi yüklərin daşınması üçün əlverişli bölgədir, ancaq mövcud infrastruktur proqnozlaşdırılan həcmlərə adekvat deyil və mövcud infrastruktur inkişaf etdirilməlidir, Zəngəzur dəhlizi tez bir zamanda açılmalıdır. Zəngəzur dəhlizinin açılması Gürcüstan üzərindən gedən yüklərin dayandırılacağı demək deyil. Komunikasiya layihələri biri digərinə zidd deyil və bir-birini inkar etmir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Dekabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see314

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see307

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see219

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see218

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see212

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see208

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see203

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see202

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see200

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see183

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see175

Azərbaycanda cərimə balları silindi Sonra isə...

20 İyul 2026 23:40see162

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see161

Roma dan Premyer Liqa klubuna 3 cü rəsmi təklif 47 milyon avro + bonuslar

20 İyul 2026 22:57see160

FIFA Argentina futbolçularının finaldan sonrakı davranışları ilə bağlı araşdırmaya başlayıb

20 İyul 2026 20:33see160

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see160

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see158

Sabah ın KuPS matçıöncəsi son məşqi FOTOLAR

20 İyul 2026 23:30see158

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see157

Cinsi əlaqədən sonra sidiyə getmək niyə tövsiyə olunur?

20 İyul 2026 23:10see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri