Icma.az
close
up
RU
Tik tok ailə dəyərlərimizə və mənəviyyatımıza od qoyur...

Tik tok ailə dəyərlərimizə və mənəviyyatımıza od qoyur...

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əsas məqsədləri yeniyetmə və gəncləri azərbaycançılıq dəyərlərindən uzaqlaşdırıb məhv etməkdir

Artıq son bir neçə ildir ki, sosial şəbəkə seqmentində mənəvi dəyərlərimizin açıq şəkildə, bilə-bilə məhv edilməsi, xüsusilə yeniyetmə və gənclərin milli dəyərlərimizə daban-dabana zidd olan proseslərə alət edilməsi barədə haqlı etirazlar durmadan artır. Nəzarətsiz poliqona çevrilmiş sosial şəbəkələr bu gün milli dəyərlərimiz üçün bir nömrəli təhlükə kimi baş qaldırıb. Nəzarətsiz və təhlükəli xarakter alan sosial şəbəkə platforması elə təhlükəli həddə çatıb ki, artıq məsələ milli təhlükəsizlik problemi həddinə çatıb. Bu, artıq milli genefonumuzun məhv edilməsi ilə müqayisə olunacaq vəziyyətdir.

Xüsusilə Tik tok platformasında milli dəyərlərimizin tam əksinə olaraq yeniyetmə və gənclərimizin cinsi azlıqlara alışdırılması, əxlaq yoxsulu olan şəxslərin bilərəkdən “məşhurlaşdırılması” kimi təhlükəli siyasət aparılır. Bu sosial platformada “məşhurlaşan” cinsi azlıqların maddi imkanları gözə soxulur, onlara “hədiyyə” edilən maşın, mənzil və digər bahalı əşyalar gənclərin diqqətini cəlb etmək üçün xüsusi video çarxlarla reklam olunur. Bununla da yeniyetmə və gənclərin bu tiplərə pərəstiş etmələri və “rahat həyat yolunu” seçmələri üçün iyrənc siyasət həyata keçirilir. Açıq şəkildə sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır. Əsas məqsədləri yeniyetmə və gəncləri azərbaycançılıq dəyərlərindən uzaqlaşdırıb məhv etməkdir. Təəssüf ki, cəmiyyətin ziyalı qismi nədənsə bu barədə ancaq susmağa üstünlük verir.

"Artıq məsələ milli təhlükəsizlik problemi həddinə çatıb"

Bu azmış kimi, azərbaycançılıq dəyərləri, xüsusilə min illərdir bizimlə yol gələn ailə institutumuz da bu gün hədəf halındadır. Ailə dəyərlərimizi gözdən salmaq, milli kimliyimizin əsas göstəricisi sayılan adət və ənənələrimizi “köhnəlmiş” adı ilə yaddaşlardan silmək üçün, əsasən də gənclərin şüurunu zəhərləmək üçün sosial şəbəkələr durmadan çalışırlar. Artıq dünyanın ən inkişaf etmiş ölkələrində tik tok sosial şəbəkəsi ilə bağlı ciddi məhdudlaşdırıcı qərarlar qəbul olunur. Son olaraq ABŞ, Böyük Britaniya, Finlandiya kimi qabaqcıl Qərb ölkələri bu sosial şəbəkə seqmentinin yeniyetmə və gənclər üçün ciddi təhlükə mənbəyinə çevrildiyini əsas gətirirək tik toku öz ölkələrində məhdudlaşdırır, ya da yeniyetmələrin bu sosial şəbəkədən istifadəsinə qadağalar qoyurlar. Amma min dəfə təəssüf olsun ki, bu sosial şəbəkələr Azərbaycanda “at oynadır”, yeniyetmə və gənclərin beynini zəhərləməkdə davam edirlər.
Artıq bu nəzarətsiz poliqon o həddə həyasızlaşıb ki, ciddi medianın yerinə keçməyə belə həvəslənib. İndi bir çoxları sosial şəbəkə dedi-qodularını “sosial media” kimi cəmiyyətə sırımağa çalışırlar. Əslində, peşəkar mətbuatın xəbərçilik və informasiya sürətində “axsaması” da bu qüvvələrin əlinə əlavə bəhanələr verir. Düzdür, ciddi media xəbər ardıcıllığı və informasiya çevikliyində gecikir, bu, etiraf olunası haldır. Amma bir fakt da real həqiqətdir ki, sosial şəbəkələri “sosial media” kimi tanıtmağa və qəbul etdirməyə çalışanlar da bədniyyətli qüvvələrdir. Axı vaxtilə iki nəfərin bir-biri ilə, yaxud qrup halında məktublaşması jurnalistika sayılmadığı kimi, indiki halda, sosial şəbəkədəki şəxsi yazışma, xəbərləşmə də media sayıla bilməz. Hər iki fəaliyyətin ortaq tərəfi informasiya yayımıdır. Peşəkar media yaydığı informasiyaya görə cəmiyyət qarşısında əxlaqi və hüquqi məsuliyyət daşısa da, sosial şəbəkələr, hələlik, bu tələblərə məhəl qoymur. Bütün bunlara görə sosial şəbəkə cəmiyyətin “dördüncü hakimiyyət” statusunu etibar etdiyi mötəbər yayım vasitəsi - media sayıla bilməz. Görünür, bu fikri ictimai rəyə sırımaqla həm də peşəkar medianı daha da hörmətdən salmağa çalışırlar. Açıq qeyd edirəm ki, yaxın bir zamanda Azərbaycanda sosial şəbəkə seqmentinin fəaliyyətini nizamlayan məhdudlaşdırıcı qanun qəbul edilməsə, vəziyyət arzuolunmaz və dəhşətli həddə çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Noyabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri