Icma.az
close
up
RU
“Tik Tok”da mübahisə qanla bitdi

“Tik Tok”da mübahisə qanla bitdi

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bakıda 1999-cu il təvəllüdlü Azər “Tik-Tok” sosial şəbəkəsində təhqiredici paylaşıma görə tanışı Elçini (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Bakupost.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, Masallı rayon sakini Azər bu il aprelin 28-də zərərçəkmiş şəxsə “WhatsApp” mobil tətbiqindən zəng edib və “Tik-Tok” sosial şəbəkəsində onu təhqir etdiyinə görə məsələni aydınlaşdırmaq üçün görüşmək istədiyini bildirib.

O, zərərçəkmiş şəxsin yaşadığı ünvanını öyrənib və saat 22 radələrində onunla Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində görüşüb, birlikdə Biləcəri qəsəbəsində yerləşən evinə gedib. Orada Elçindən hansı səbəbdən təhqirə yol verdiyini soruşub. Elçin onu təhqir etmədiyini deyib, “Tik-Tok” sosial şəbəkəsində olan yazışmanı göstərməsini istəyib. Azər yazışmanı sildiyini deyib.

Daha sonra birlikdə yaxınlıqda yerləşən marketə gediblər. Oradan siqaret alaraq zərərçəkmiş şəxsin yaşadığı evin qarşısına qayıdıblar. Azər Elçindən ayrılaraq yaşadığı rayona gedəcəyini deyib. Zərərçəkmiş də öz evinə yollanıb.

Ancaq Azər söhbət zamanı zərərçəkmiş şəxsin ondan üzr istəməməsinə görə daim üzərində gəzdirdiyi bıçaqla onu öldürmək qərarına gəlib. Təxminən 1 saat sonra geri qayıdıb.

O, aprelin 29-da gecə saat 1 radələrində zərərçəkmiş şəxsin kirayədə yaşadığı mənzilə girib və yataq otağında arxası evin giriş qapısına tərəf paltarlarını soyunan Elçinə yaxınlaşaraq qəflətən kürək tərəfindən zərblər vurub.

Elçin özünü müdafiə etmək üçün çevriləndəyenə də çoxsaylı bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş aldığı xəsarətlərin təsirindən döşəmə üzərinə yıxılıb. Azər hərəkətlərini davam etdirərək onun bədəninin müxtəlif nahiyələrinə yenə də zərbələr vurub.

Elçinin döşəmə üzərində hərəkətsiz qaldığını, müqavimət göstərmədiyini görüb. Onu öldürdüyünü düşünərək evdən çıxıb.

Bundan sonra Azər Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib və törətdiyi cinayət hadisəsi barədə məlumat verib. Zərərçəkənə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Elçini “Tik-Tok” sosial şəbəkəsində tanıyıb: “Sosial şəbəkədə şəklimi paylaşdım, Elçin şəkilimin altından ünvanıma nalayiq ifadələr yazdı. Onunla telefon zəngi vasitəsilə danışdığım zaman qazi olduğumu öyrəndi, ünvanıma nalayiq ifadə işlətmək fikri olmadığını, yazdıqlarının səhvən şəklimin aşağısına düşdüyünü bildirdi.

Daha sonra evinin yaxınlığında görüşdük. Birlikdə siqaret alaraq geri döndükdə səhhətimdə problem olduğuna görə məni öz evinə dəvət etdi, taksi ilə evimə göndərəcəyini dedi. Həmin vaxt üzərimdə bıçaq olmayıb”.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişə iki bıçaq zərbəsi vurduğunu xatırlayır: “Daha sonra polisə zəng etdim. Hadisə vaxtı üzərimdə bıçaq olmayıb. Polis əməkdaşları gələndə maşında oturmuşdum. Təcili tibbi yardıma və polisə özüm zəng etmişəm. 3-4 ay müddətində Maştağada, daha sonra Masallı və Lənkəranda xəstəxanalarda psixoloji vəziyyətimlə bağlı müalicə almışam”.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see282

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see280

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see274

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see264

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see263

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see256

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see255

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see250

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see238

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see237

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see236

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see231

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see230

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see222

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see218

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see215

Səhiyyədə yeni əməkhaqqı modeli

05 Sentyabr 2026 17:29see201

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see200

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see199

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri