Icma.az
close
up
RU
Tikətikə doğranıb fəryad edənlər Müqəddəs məbəddə nələr baş verdi?

Tikətikə doğranıb fəryad edənlər Müqəddəs məbəddə nələr baş verdi?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Səma Muğannanın "Ledi Maqbet" tamaşası haqqında yazısını təqdim edir.

Teatrın qapıları bir qaladır. Bu qalanın savaşçıları isə teatrın səhnəsində dayanıb. Bir neçə dəqiqə sonra tamaşa başlayacaq. Silahlarını hazırlayıblar, hə, görürəm. Göydən yerə enən dəhşətli təyyarənin səsi kimi hamısı sıraya düzülüb. İşıqlar qapandı və artıq biz insanlar da ovsunlanırıq.

Teatr sevgi kimi bağlılıq yaradan dərmana bənzəyir. Yuxu dərmanını içdiyin an səni dərin bir sakitliyə qərq edir, amma bir neçə saatdan sonra tilsim parçalananda hər şey yenə sadə addımlara geri dönür. Teatr dərman kimi bağlılıq yaradan, amma savaş meydanındakı igidlər kimi mərddir. Ona sadiq qalmazsan, səni məhv etməz, amma səni dərin, ən dəhşətli boşluğun içinə sürükləyər. Mən bu boşluqdakı insanları görürəm. Gözlərimin önündə parça-parça, tikə-tikə doğranıb, fəryad edənləri çox yaxşı görürəm. İnsan gözlərinin teatrla savaşması böyük qüdrətdir, amma o ki, səhnə varsa, nəinki gözlər, qılınc kimi kəsərli sözlər belə teatrın qarşısında dayana bilməz!

Müqəddəs məbədə addımladığım an qəlbimin döyüntüsünü elə bil göylər eşidirdi. Baxışlarımla ətrafa xeyli baxdıqdan sonra bu soyuq qış gecəsində gözlərimi zülmətə dikdim. Əllərim bumbuz, çatlamış halda, həyəcanla qapıdan içəri daxil oldum. Kumirim də yanımda idi, amma göylər hələ qapıdan içəriyə daxil olana kimi məni izləyirdi.


Müqəddəs məbədin qapısından içəri keçdiyimdə sanki qalanın divarları məni qollarının arasına alıb öz övladı kimi bağrına basdı. Siz bilirsinizmi, teatra hər dəfə gedəndə o müqəddəs işığın övladı olduğumu hiss edirəm. Bir də çevrilib arxama baxanda gördüm ki, artıq qapılar bağlanıb və biz tamaşa üçün yuxarı qalxmalıyıq.

Teatrı sevirəm, amma balaca Səmanın dediyi kimi, Akademik Milli Dram teatrına olan heyranlığım, sevgim bir başqadır! O an xatırladım ki, Qibləgahım da yanımdadır. Gözümün önündən bir qaranlıq pərdənin rüzgarın uğultulu səsindən yelləncək kimi sağa-sola yelləndiyini gördüm. Küçədə dəhşətli bir soyuq var, amma məbədə addımladığım an ovuclarım isinib, qəlbimin döyüntüləri yavaş-yavaş azalmağa başladı. Gözlərim açıq olsa da, göz bəbəklərim sakitcə qapanıb Qibləgahımı səslədi. Kumirimlə birgə paltolarımızı qarderoba verib pilləkənləri yuxarı qalxana qədər balaca Səmanın ruhu məni izlədi. Elə bilməyin ki, o yuxudadır, amma nədənsə bu gün o balaca qızcığazın illər öncə böyük bir arzusu üçün bu teatra gəldiyimi hiss etdim.

Zala daxil olan kimi əyləşib gözlədik. Tamaşa hələ başlamamışdı, amma nədənsə mənim gözlərimin önündəki o balaca qızcığazın siması mənim bu müqəddəs ocaqla söhbətləşməyimə izn vermirdi. Sanki səhnədə o tərəfə, bu tərəfə qaçaraq, özünün diqqət mərkəzində olduğunu göstərirdi. Kumirimə baxdım və xatırladım ki, axı o da balaca, ərköyün qızının bu teatrla dost olmasını istəyir...


Xəyallar dünyasından ayrılıb, Şekspirin “Maqbet”inin təsirli hekayəsini dinləmək üçün özümü hazırladım. Birdən-birə gözümün önündəki balaca qızcığaz qeyb oldu, amma qulağıma kimsə pıçıldayaraq: “diqqətlə izlə, amma mən qorxuram deyə gizlənəcəyəm” - dedi.

Şekspir dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun əsərlərini yenidən oxuyanda hər dəfə onun “Cülyettasının”, “Dezdemonasının” - sevimli qəhrəmanlarının taleyini canlı olaraq yaşayıram. Sanki göylər də mənim bu sevgi ilə yanan sənə sevdamı duyub mənə dəfələrlə oxumağımı söyləyir.

Tamaşa başladığı an Kumirimlə məni dərin bir qaranlığa sürgün etdi. Bu qaranlıqda ulduzlar vardı, amma bu ulduzlar göylərə aid deyildi. “Maqbet” və “Ledi Maqbetin” xidmətçiləri... Bu “xidmətçi” adlandırdığım ulduzların işığı bəyaz deyil, zülmət kimi insanın gözlərini kor edirdi. Musiqinin vahiməli səsi nəinki balaca Səmanı, hətta məni belə qorxudub, sanki o aləmin dərinliyinə apardı. Tamaşanın hər səhnəsində ayaqlarım o səhnənin savaş meydanına atlayır, amma dayanırdı. Elə qələmim də qışqırırdı ki, Səma, yaz, düşün! Susmurdu ki, mən tamaşanın sehirli aləmində bir az da olsa, çox gəzə bilim.

Kralın ölüm səhnəsindən sonra “Maqbetin” şizofrenik halda olması belə məni vahimələndirdi. Elşən Rüstəmovun ifasında bu üsyankar, şan-şöhrət gözlərini kor etmiş Maqbeti görmək məni heyran qoymuşdu. “Ledi Maqbet” obrazında böyük sənətkar, xalqın aktrisası Bəsti Cəfərova bizi göz yaşlarına boğmağı bacarmışdı, amma bu göz yaşları qanlı deyil, sanki gözdən axıdılan qara sürmə kimi zülmətə bənzəyirdi.

Maqbet üsyankardır, amma onun gözünü şan-şöhrət almış, hətta bir körpəni belə ayaqlarıyla tapdalayıb, üstündən keçəcək qədər cani etməyi bacarmışdı. Kumirimlə o səhnəni izlədiyimdə əllərimin donub qalması, nitqimin tutulub, gözlərimin fəryadla qışqırması hər şeyi danışırdı. Bu necə oyundur ki, parçaları birləşdirdiyində faciədən törədilən qapqaranlıq işıq insanı bu qədər uçuruma sürükləyər?

Bilirsinizmi niyə qapqaranlıq işıq dedim? Çünki insanların gözündə qaranlıq var, amma qaranlıqda işıq ola bilməz deyə düşünürlər. İşıq qaranlığın xəyanətkar həyat yoldaşıdır, necə ki, Maqbetin Ledisi kimi. Ledi işıq idi, amma bu işıq Maqbetin gözlərini kor edəcək qədər acı və amansızdı... Maqbetin bədənindəki ağrılar deyil, gözlərindəki nifrət damarlarındakı qanına bulaşaraq onu dəyişmişdi. Cadugər qadınların vahiməli sözləri deyil, sürətli, acıqlı, tamahkar ayaq addımlarının səsləri Maqbeti dəliyə döndərmişdi. Bir düşünün, niyə Bankonun ruhu öz cəlladını təqib edirdi? Çünki işıq, yəni Ledi, qaranlıq Maqbetinin günahlarını sevir, onu bağışlayırdı. Elşən Rüstəmov bir aktyor kimi deyil, məhz Şekspirin Maqbetinin ruhunu bədəninə geyinməyi bacarmışdı.

Makdufun fəryadı və tamaşanın sonunda Maqbetə son etdiyi zərbəsində gözlərindəki alovlu nifrət, hətta xəncərdən tökülən qandan belə qorxulu idi. Onun acı, dərin üsyanı tüklərimi biz-biz edib, gözlərimdəki yaşı belə dondurmuşdu. Elnar Qarayevi bu roluna görə xüsusi alqışlayıram!

İbtidai sinifdə oxuyan vaxtlarımı, xatırlayıram ki, Akademik Milli Dram teatrına Həyat Kumirim məni daima aparardı. 1-ci sinifdən xatirimdə qalan bir tamaşa var, İlyas Əfəndiyevin "Boy çiçəyi" əsərinin tamaşası idi. Güllü, qırmızı don geyinmişdim. Tamaşaya olan məhəbbətim o qədər böyük idi ki, sanki bir gün getməsəm, elə bil nədənsə zehnimdəki kitabın növbəti səhifəsi yarım qalardı...


İllər sonra bu kitabı yarımçıq qoydum, amma bu gün yenidən zehnimdə, qəlbimdə təsirindən çıxa bilmədiyim tamaşa ilə qarşı-qarşıya qaldım. Zehnimdə yarım qalan o parçanı bu gün tamamladınmı? Bəli, amma bu bir son deyil. Nağıllar və əsərlər daima faciəvi, yaxud komedik sonluqla bitər. Bəs Maqbet? O da faciəvi sonluqla bitdi? Zənnimcə, xeyr. Teatr faciəni sevə bilər, amma əsla əsərlərin ondan küsgün ayrılmasına izn verməz. Maqbet və Ledisi bu şöhrətin içində boğulduğu üçün qaranlığın qurbanına çevrilir. Bəs məzlumlar? Məzlumların ahı yerdəmi qaldı? Onların səsi eşidilmədimi? Elə ən dəhşətli, nitqimi dondurub, qəlbimdəki sızıldayan ağrını belə hiss edə bilmədiyim Maqbetin körpənin üstündən keçməsi oldu. Qələmi əlimə alıb, yazdığım saatdan gözümün önündə çəkilmir.

Maqbet cəsur sərkərdə idi, amma fani dünyanın acı reallığına dözə bilmədi. Bəlkə də, onu məhv edən özü, yaxud Ledisi deyil, məhz cəmiyyət oldu. Ətrafına baxdığında onun gözlərini bürüyən şöhrət ovu onun qanadlarını qırdı.

Sizcə teatrmı, yoxsa rejissormu? Teatr sözə izn verməyibsə, demək, rejissorun hökmü vardır. Bu söz dediyim ssenaridə, yaxud pyesdə yazılan sözlər deyil, obrazların adlarının birləşdiyi mərkəzdir. Bu mərkəzdə rejissor dayanır.


Bu gün Milli Dram Teatrına yeni nəfəs verən, hökmünü vuran Nicat Kazımov oldu. Yalnızca onun tələbəsi olduğuma görə deyə yox, bu əfsanəvi, əvəzolunmaz tamaşanın sehrindən çıxa bilmədiyim üçün qələmim susmur. Nicat Kazımov teatrın adıdır, hətta mənim üçün kralıdır! Bu gün səslənən alqış səsləri teatrın divarlarını ayağa qaldırdı, səhnəni-savaş meydanını dirçəltdi! Kimin sayəsində? Nicat Kazımovun! Ədəbiyyatın Dostoyevskisi, İsa Muğannası olduğu kimi, teatrımızda da siz varsınız, müəllim! Sizin adınız var! Nə yaxşı ki, varsınız müəllim, Allah sizə uzun ömür cansağlığı nəsib etsin! Teatrımızın yanar ocağı sizsiniz! Müəllim şamdır, o şamın çırağı heç vaxt sönmür, çünki şagirdlərinin hələ böyüyüb, boy atmağına çox var, eynilə mənim kimi. Mənə Qibləgahımdan yadigar qalan əmanət qələm oldu, müqəddəs teatrda Kumirimin yarım qalan arzularını gerçəkləşdirəcəyimə bu gün bir daha sizin tələbəniz olduğum üçün inandım. Mənim də arzularım böyükdür, amma bu sevgi, sönməz ocağın alovun istisi əllərimi yandırmır, çünki siz varsınız! Göylərin adamı da mənim qulaqlarımda təkrar edir.


İllər sonra fəxrlə deyəcəyəm ki, mən də bu müqəddəs ocağın yetişdirdiyi fidanam, bu böyük çinarın bir budağıyam! Ağaclar yarpaqlarını qış fəslində tökür, amma mən inanıram ki, bizim Çinarımızın yarpaqları heç vaxt tökülməyəcək, daima müqəddəs məbəddə ucalacaq!

Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi Naina İbrahimova 150 ölkənin iştirak etdiyi gözəllik yarışmasında Qapaq, diş çöpü, divar kağızı, şərf və tale - Yazıçıların qəribə ölüm səbəbi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see231

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see151

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see117

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see114

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see114

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see113

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see113

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see113

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see113

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see113

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see112

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see111

Milan italiyalı qolkiperi heyətinə qatıb RƏSMİ

18 İyul 2025 18:06see110

Şamaxı Ramiz Məmmədovla vidalaşdı

18 İyul 2025 17:47see109

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see108

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see108

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see108

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri