Tikinti maqnatının şirkəti cari ildə 41 milyonluq sifariş alıb
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tikinti maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən "Gəncə Körpü Tikinti-2" ASC daha bir iri məbləğli tenderin qalibi seçilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət bu dəfə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi elan edilib. Abadlıq işlərinə görə şirkətə 1 940 003,18 manata ödəniləcək.
"Gəncə Körpü Tikinti-2" ASC bu tenderdə qalib seçilməklə cari ildə dövlət qurumlarından aldığı sifarişlərin sayını 7-yə çatdırıb.
Şirkət bundan əvvəl Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir Şəhər Nümayəndəliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB), Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin və Quba Rayon İcra Hakimiyyətinin tenderlərində qalib seçilib.
"Gəncə Körpü Tikinti-2” ASC-nin 2025-ci ildə qazandığı tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 41 315 449,86 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, "Gəncə Körpü Tikinti-2" ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.
Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir.
Seyid
Baxış sayı:53
Bu xəbər 17 Dekabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















