Icma.az
close
up
RU
Tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib

Tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 27751:2025 "İnşaat konstruksiyalarının və qrunt əsaslarının etibarlılığı. Əsas müddəalar", AZS EN 845-3:2025 "Daş hörgünün köməkçi elementlərinə dair tələblər Hissə 3: Polad tor şəbəkəsinin üfüqi armaturlanması", AZS EN 490:2025 "Dam örtüyü və divarların üzlənməsi üçün beton dam plitələri və fitinqlər - Məhsul spesifikasiyaları", AZS EN 13877-1:2025 "Beton yol örtükləri - Hissə 1: Materiallar", AZS EN 13877-2:2025 "Beton yol örtükləri - Hissə 2: Beton yol örtüklərinə dair funksional tələblər", AZS EN 15050:2025 "Yığma dəmir-beton məhsullar - Körpü elementləri" dövlət standartları qəbul edilib.

Bu barədə Milli.Az-a AZSTAND-dan bildirilib.

Yeni dövlət standartlarının tətbiqində məqsəd beynəlxalq təcrübələr əsasında tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyət göstəricilərini müasir tələblərə uyğunlaşdırmaqdır.

Qeyd olunan dövlət standartları binaların və qurğuların inşaat konstruksiyaları və onların qrunt əsaslarının etibarlılığının təmin edilməsi, eləcə də yükdaşıyan və yükdaşımayan konstruksiyalarda üfüqi daş hörgü tikişlərinin armaturlanması, beton dam örtüyü plitələri, pilləli dam örtükləri, divar üzlükləri və örtükləri üçün fitinqlərə dair texniki tələbləri müəyyən edir. Standartlara həmçinin yerində betonlanan yol örtüklərinin komponentləri və körpü tikintisində döşənək elementi kimi istifadə olunan, fabrikdə istehsal edilən yığma dəmir-beton konstruksiya elementlərinə dair tələblər də daxildir.

Qeyd edək ki, yeni dövlət standartlarının layihələri "Tikinti materialları, məmulatları və konstruksiyaları"nın standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə edilib və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlər Dövlət Fonduna daxil edilib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 İyun 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri