Icma.az
close
up
RU
Tikinti sektorunda səmərəli fəaliyyət

Tikinti sektorunda səmərəli fəaliyyət

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) bu ilin aprel ayı üzrə tikinti indekslərini açıqlayıb. Palatadan verilən məlumata görə, Azərbaycan tikinti sektorunda maya dəyəri artımı sürətlənib.

Aprel ayında tikinti xərcləri 2025-ci ilin dekabr ayı ilə müqayisədə 6,8 faiz artıb. İndeks hesabat dövründə 106,8 bənd səviyyəsində formalaşıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materiallarında qeydə alınıb.

Palatanın hesablamalarına görə, tikinti materialları üzrə alt indeks 107,5, əmək qüvvəsi üzrə alt indeks 105,4, maşın-mexanizm üzrə alt indeks isə 103,8 təşkil edib. Ümumi xərc artımı orta hesabla 6,8 faiz olub. Ən yüksək qiymət artımı metal və beton məhsullarında müşahidə edilib, ən stabil seqment isə maşın-mexanizm xərcləri olub.

Hesabatda qeyd olunur ki, bazarda xüsusilə armatur, beton, laminat və parket, plastik pəncərələr, sendviç panellər və digər metal əsaslı məhsullar üzrə qiymət artımı davam edir. Bu artımın əsas səbəbləri kimi idxal xərclərinin yüksəlməsi, logistika xərcinin bahalaşması və tikinti sektorunda tələbin aktiv qalması göstərilir.

Tikinti materialları arasında ən yüksək dinamika metal məhsullarında qeydə alınıb. Belə ki, metal məhsulları üzrə indeks baza dövrü ilə müqayisədə 111,5 bəndə yüksəlib. Beton və sement məhsulları üzrə göstərici 108,4, daxili təmir materiallarında 107,2, qapı-pəncərə sistemlərində 106 taxta materiallarında 105,8, dam örtüklərində isə 104,9 səviyyəsində formalaşıb.

Əmək bazarında da artım tendensiyası davam edib. Xüsusilə kafel-metlax, fasad və alçipan işləri üzrə xidmət haqlarında yüksəliş qeydə alınıb. Fasad işləri üzrə indeks 108,5, kafel və metlax işlərində 107, hörgü işlərində 105,2, alçı və suvaq işlərində 104,8, laminat və parket işlərində isə 103,9 olub. Palata hesab edir ki, tikinti sektorunda aktivliyin yüksəlməsi peşəkar usta xidmətlərinə tələbi artırıb və bu da əmək xərclərinə birbaşa təsir göstərib.

Maşın-mexanizm seqmentində isə qiymət artımı digər komponentlərlə müqayisədə daha məhdud olub. Ekskavator xidmətləri üzrə indeks 104,2, beton pompası üzrə 103,8, kran xidmətləri üzrə isə 103,5 təşkil edib.

Palata bildirir ki, tikinti bazarında müşahidə olunan cari dinamika yeni tikililərin maya dəyərinin yüksəlməsini davam etdirir. Xüsusilə metal və beton məhsullarındakı bahalaşma daşınmaz əmlak sektorunda qiymət formalaşmasına birbaşa təsir edən əsas amillərdən biri olaraq qalır. Palatanın qənaətinə görə, tikinti xərclərindəki artımın yaxın aylarda da bazar qiymətlərinə təsirini davam etdirməsi gözlənilir.

Xatırladaq ki, AQP dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil bazarı və tikinti indekslərini açıqlayır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri