Icma.az
close
up
RU
Tikinti sektorunda YENİLİK: Bu material QADAĞAN EDİLİR

Tikinti sektorunda YENİLİK: Bu material QADAĞAN EDİLİR

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Asbest ötən əsrin ortalarından etibarən geniş istifadə olunan materiallardan biri olub və müxtəlif sahələrdə tətbiq edilib. Ən çox şifer dam örtüklərində, daha sonra kanalizasiya borularında, məhdud həcmdə isə elektronikada və yanğına qarşı qoruyucu vasitələrdə istifadə olunub". 
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
O, bildirib ki, asbestin kanserogen və insan orqanizmi üçün zərərli olduğu sübuta yetirildikdən sonra Avropa ölkələri və bir sıra digər dövlətlərdə onun istifadəsi mərhələli şəkildə qadağan olunmağa başlanıb:
"Bu qərarlar əsasən asbestin onkoloji xəstəliklərin yaranmasına səbəb olması ilə əlaqədardır. Bu səbəbdən Azərbaycanda da asbestin istifadəsi və ölkəyə idxalı qanunvericilik səviyyəsində məhdudlaşdırılır. Qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə bu materiallardan demək olar ki, istifadə olunmur". 
Ekspert bildirib ki, əvəzində Azərbaycana daha müasir və təhlükəsiz inşaat materialları idxal edilir:
"Bu alternativlər həm qiymət baxımından daha əlverişlidir, həm də tətbiqi daha rahatdır. Məsələn, asbest qatqılı beton boruların daşınması və quraşdırılması çətin olduğu halda, plastik və polietilen borular daha yüngül və istifadədə daha rahatdır. Dam örtükləri sahəsində isə son 15 ildə metal tipli konstruksiyaların və materialların istifadəsi daha geniş yayılıb və bazarda üstünlük qazanıb".
Onun sözlərinə görə, bu baxımdan, asbestin ölkədə məhdudlaşdırılması ilə bağlı hər hansı neqativ təsir gözlənilmir:
"Eyni zamanda, inşaat materiallarının qiymətlərində artımın baş verməsi də proqnozlaşdırılmır". 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Dekabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri