Tikinti şirkəti ilə razılaşmayanların evlərinin sayğacları oğurlanır İDDİA
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yeni tikinti ərazisində sayğac oğurluqları sakinləri qorxudur.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə yaxın zamanda "Günəşli İnşaat" MTK tərəfindən yeni binaların inşası nəzərdə tutulur. Onlar iddia edirlər ki, son günlər bu ərazidə diqqətçəkən hadisələr baş verib.
İddialarla bağlı "Günəşli İnşaat" MTK-dan bildirildi ki, Əhməd Mehbalıyev, 5-7-9 ünvanında Bakı Şəhər İcra Hakimiyyətinin 2022-ci il 276 saylı sərəncamına əsasən, söküntü köçürülmə işlərinə başlanılıb. Ərazidə istifadəyə veriləcək binalardan birində artıq son tamamlanma işləri gedir. Sakinlərə onların mənzillərinin ümumi sahəsindən 20-30 faiz əlavə və qanunsuz aparılmış artırmaları da nəzərə alınmaqla təmirli mənzillər təklif edilir. 7 və 9-cu binalarda söküntü işlərinə başlanılması ilə bağlı ilkin razılaşma əldə olunub, 31 ailə köçürülüb. 4 ailə isə tikinti şirkəti ilə razılaşmadığına görə hazırda məsələ məhkəmə müstəvisindədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Tikinti şirkəti ilə razılaşmayanların evlərinin sayğacları oğurlanır - İDDİA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 Oktyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















