Icma.az
close
up
RU
Tikinti şirkətləri Komitənin qapısında aylarla gözləyir

Tikinti şirkətləri Komitənin qapısında aylarla gözləyir

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Son zamanlar kirayə mənzil bazarında qiymətlər çox yüksəlib”.

Bu sözləri əmlak məsələləri üzrə ekpert Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, bunun səbəblərindən bəhs edib: “Son 5 il ərzində mənzil bazarında 55-60 faiz qiymət artımı olub. Qiymət artımının əsas səbəbi mənzil qıtlığının olmasıdır. Bu, istər satışlara, istərsə də kirayə mənzil bazarına mənfi təsir göstərir. Yəni mənzil bazarında qıtlıq var, tələbat isə yüksəkdir. Bu səbəbdən də qiymətlər çox bahadır. Həmçinin, hər il əhali çoxalır, amma daşınmaz əmlakın sayı artmır. Üstəlik, son illər ərzində yeni tikililərin sayı da azalıb. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi son illərdə verilən icazələrin sayını məhdudlaşdırıb. Əsaslandırırdılar ki, Bakı şəhərinin Baş Planı hazır deyil. Lakin artıq dekabr ayında Baş Planın hazır olmasının 2 ili tamam olacaq. Buna baxmayaraq, verilən icazələrin sayı məhduddur. Tikinti şirkətləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qapısında aylarla gözləyirlər, amma icazə ala bilmirlər”. 

Ekspert qeyd edib ki, tikinti şirkətləri arasında rəqabət olmadığı üçün mənzillər çox baha qiymətlə bazara çıxarılır: “Bu baxımdan, daşınmaz əmlakın qiyməti getdikdə artmağa başlayır. Həmçinin, ipotekaya müraciət edənlərin də sayı artıb. Bu da mənzil bazarına öz təsirini göstərir. İstər satış, istərsə də kirayə mənzillər çatmır. Yeni tədris ilinin başlaması da buna təkan verir. Xüsusilə avqust-sentyabr aylarında kirayə mənzillərin bahalaşmasının əsas səbəbi budur. Hər il bu aylarda regionlardan Bakıya böyük bir axın gəlir. Əsasən tələbələr qısa müddət ərzində ev tapmaq istəyirlər. Ona görə də qiymətlər artır. Nə qədər şikayət olsa da, bu bahalaşma problemi hər il yaşanır. Həm qiymət bahalaşır, həm də mənzil tapmaq olmur. Tələbələr ayı 500-600 manata kirayə ev tapmaqda çətinlik çəkirlər”. 

Mütəxəssis kirayə mənzil bazarında vahid qiymətin tətbiq olunması təklifi ilə razılaşmayıb: “Kirayə bazarında vahid qiymət tətbiq oluna bilməz. Ümumiyyətlə, hansısa bazarda bunu etmək doğru deyil. Açıq bazardır, hər kəs istədiyi qiyməti müəyyən edə bilər. Qiyməti tələb və təklif formalaşdırır. Təklif çox olanda, qiymət stabilləşir, təklif azalanda isə qiymət artır. Ümumiyyətlə, bu sektorda böyük irəliləyişlər olandan sonra qiymətlər düşə bilər. Kirayə mənzillər də əlçatan olar”. 

Elnur Azadov satışa çıxarılan evlərin əksəriyyətinin təmirsiz olmasını da tənqid edib: “Türkiyə, Gürcüstan və İran kimi qonşu ölkələrdə təmirsiz ev satışa çıxarılmır. Ancaq bizim tikinti şirkətlərinin hələ də çox böyük əksəriyyəti evləri təmirsiz şəkildə satırlar. Təmirli satanlar isə fantastik qiymət müəyyən edir, alçatan olmur. Daşınmaz əmlak bazarında rəqabət olmalıdır ki, tikinti şirkətləri mənzili təmirli satmağa başlasınlar. Tikinti şirkətləri qısa müddət ərzində çox qazandıqları üçün təmirə baş qoşmaq istəmirlər. Bu, onlar üçün maraq kəsb etmir”. 
Elmir Mustafa

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri