Icma.az
close
up
RU
Tikinti şirkətlərinə pis, ev almaq istəyənlərə ŞAD XƏBƏR

Tikinti şirkətlərinə pis, ev almaq istəyənlərə ŞAD XƏBƏR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan əmlak bazarında son illər müşahidə olunan kəskin qiymət artımı heç kim üçün sirr deyil. Paytaxt Bakıda, eləcə də iri şəhərlərdə mənzil qiymətləri real gəlirlərlə müqayisədə dəfələrlə yüksəlib. Bu artımın əsas səbəbi bazar mexanizmləri ilə bağlı deyil. Burada əsas səbəb kimi süni qiymət siyasəti göstərilir. Xüsusilə tikinti sektorunda formalaşmış inhisarçılıq bu prosesin əsas hərəkətverici qüvvəsinə çevrilib.

Əmlak bazarında qiymətləri tənzimləməli olan tələb və təklif prinsipi faktiki olaraq arxa plana keçib. Qiymətləri bazar tənzimləmir, tikinti maqnatlarının nəzarətində olan müəyyən qruplar müəyyənləşdirir. Özlərini “əmlak eksperti” kimi təqdim edən bu şəxslər ictimai rəyə ciddi təsir göstərirlər. Onların əsas məqsədi qiymətlərin daim artacağı ilə bağlı süni gözlənti yaratmaqdır.

Nəticədə sadə vətəndaşlar ikiqat aldadılır. Bir tərəfdən onlara “indi al, sabah baha olacaq” psixologiyası aşılanır. Digər tərəfdən real bazar məlumatları gizlədilir. Rəsmi statistik göstəricilərlə real satış qiymətləri arasında ciddi fərqlər yaranır. Bu isə bazarda sağlam rəqabəti tamamilə sıradan çıxarır.

Lakin son aylarda aparılan müşahidələr və araşdırmalar tamamilə fərqli mənzərə ortaya qoyur. 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlindən etibarən əmlak bazarında ciddi durğunluq hiss olunur. Satış elanlarının sayı artsa da, real alqı-satqı əməliyyatları azalır. Əmlak şirkətlərinin özləri də bunu etiraf etmək məcburiyyətində qalırlar.

Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk rübündə daşınmaz əmlak üzrə bağlanan alqı-satqı müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 18–22 faiz azalıb. Yeni tikililərdə satılmayan mənzillərin sayı rekord həddə çatıb. Bəzi yaşayış komplekslərində mənzillərin 30–40 faizi hələ də boşdur. Bu isə bazarda təklifin tələbi xeyli üstələdiyini göstərir.

Ekspertlərin böyük əksəriyyəti hesab edir ki, 2026-cı ildə əmlak bazarında qiymətlərin azalması qaçılmaz olacaq. Bunun bir neçə əsas səbəbi var.

İlk növbədə vergi sistemində tətbiq edilən yeni yanaşmalar bazara ciddi təsir edir. Alqı-satqı prosesinin tam şəffaflaşdırılması artıq kölgə iqtisadiyyatına imkan vermir.

Bundan əlavə, daşınmaz əmlak əməliyyatlarının nəğd şəkildə deyil, bank köçürmələri ilə həyata keçirilməsi prosesi sürətləndirilib. Bu addım süni qiymət manipulyasiyalarının qarşısını xeyli dərəcədə alır. Dövlət orqanlarının bu sahədə nəzarəti gücləndirməsi tikinti maqnatlarının manevr imkanlarını daraldır.

Qlobal miqyasda baş verən maliyyə böhranı da Azərbaycan əmlak bazarından yan keçməyəcək. Beynəlxalq valyuta bazarlarında qeyri-sabitlik, kredit faizlərinin yüksəlməsi və investisiya axınının zəifləməsi bu sektora birbaşa təsir edir. Xarici investorların daşınmaz əmlaka marağı xeyli azalıb. Bu isə qiymətlərin yüksək səviyyədə saxlanmasını mümkünsüz edir.

Mütəxəssislərin hesablamalarına görə, növbəti 1–2 il ərzində əmlak bazarında qiymətlər ən azı iki dəfə ucuzlaşa bilər. Xüsusilə süni şəkildə şişirdilmiş yeni tikililərdə ciddi endirimlər qaçılmazdır. Artıq bazarda satan tərəfin tələsdiyi açıq şəkildə hiss olunur. Satıcılar müxtəlif kampaniyalar və “endirim adı altında güzəştlər” təklif etməyə başlayıblar.

Bu proses əslində bazarın real vəziyyətini ortaya qoyur. Uzun müddət alıcı mövqeyində zəif olan vətəndaş indi daha üstün vəziyyətə keçmək üzrədir. Əmlak almaq istəyənlər üçün bu, olduqca müsbət siqnaldır. Mütəxəssislər də vətəndaşlara tələsməməyi tövsiyə edirlər.

Mövcud göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan əmlak bazarında illərdir davam edən süni bahalaşma dövrü sona çatır. Tikinti maqnatlarının formalaşdırdığı qiymət balonu partlamağa yaxındır. Dövlətin vergi və nəzarət mexanizmləri bu prosesi sürətləndirir. Qlobal iqtisadi risklər isə vəziyyəti daha da qaçılmaz edir.

Bu şəraitdə mənzil almaq istəyən vətəndaşlar üçün ən doğru strategiya səbrli olmaqdır. Çünki yaxın illər daşınmaz əmlak bazarında alıcıların dövrü olacaq.

Elmir ƏMİROV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2025 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri