Icma.az
close
up
RU
TikTok 2025 ci ilin ikinci rübündə Azərbaycanda təxminən 900 min videonu silib

TikTok 2025 ci ilin ikinci rübündə Azərbaycanda təxminən 900 min videonu silib

Icma.az bildirir, Sia Az portalına istinadən.

Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcı fəaliyyət üçün rahat mühitin formalaşmasına töhfə verir. SİA xəbər verir ki, təhlükəsizliyi qorumaq üçün TikTok ən innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən on minlərlə peşəkar mütəxəssisi bu prosesə cəlb edir.

Platformada 24/7 rejimində fəaliyyət göstərən moderasiya komandası İcma Qaydalarını pozan videokontenti silir, həmçinin şəffaflıq prinsiplərinə uyğun olaraq hər rübdə silinmiş kontentlə bağlı məlumatları rüblük hesabatlarda açıqlayır. İcma Qaydalarına əməl olunmasına dair hesabata əsasən, 2025-ci ilin ikinci rübündə Azərbaycanda:

İcma Qaydalarının pozulmasına görə 880 mindən çox video silinib. Ümumi sayın 99,4%-i platforma tərəfindən proaktiv şəkildə — yəni şikayət daxil olmadan əvvəl müəyyən edilərək — silinib. Videoların 98%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.

Ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video silinib.

Eyni zamanda, 2025-ci ilin ikinci rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq:

Təxminən 190 milyon videoçarx platformadan silinib. Videokontentin 99,1%-i proaktiv şəkildə silinib. Roliklərin 94,4%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib. 90%-dən çoxu isə hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyən edilərək silinib.

TikTok-da həmçinin bu ilin birinci rübü ilə müqayisədə dünya üzrə dayandırılmış LIVE yayımların sayında əhəmiyyətli artım müşahidə olunur. Bu artım platformanın moderasiya texnologiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, apellyasiya nəticəsində bərpa olunan yayımların sayı cüzi artıb, bu isə yeni tədbirlərin daha dəqiq və effektiv şəkildə tətbiq olunduğunu göstərir.

TikTok, həmçinin birbaşa yayımlarda təhlükəsizliklə bağlı daha çox məlumat açıqlamağa başlayır. Buna keçən il tətbiq olunan və bu standartları pozan kontentin monetizasiyasının qarşısını almağa yönəlmiş Monetizasiya Qaydalarına riayət olunmasını təmin edən öz tədbirləri də daxildir.

Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok dünya üzrə monetizasiya qaydalarını pozan 2 321 813 canlı yayım1 040 356 yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlar və demonetizasiya tətbiq edib. Xəbərdarlıqlar müəlliflərə kontentlərinin qaydalara zidd ola biləcəyini anlamağa və düzəliş etməyə imkan yaradır. Əgər qayda pozuntuları davam edərsə, TikTok müəllifin birbaşa yayımlarda monetizasiya funksiyasına müvəqqəti girişini məhdudlaşdıra bilər. Şəffaflığın artırılması istiqamətində atılan addımlar çərçivəsində platforma bu məlumatları gələcəkdə birbaşa yayımların təhlükəsizliyinə dair hesabatlarda da əks etdirəcək.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri