Icma.az
close
up
RU
TikTok ABŞ da ölkənin mülkiyyəti oladaq itifadə edilməlidir Bayden administrasiyası

TikTok ABŞ da ölkənin mülkiyyəti oladaq itifadə edilməlidir Bayden administrasiyası

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ-da Co Bayden administrasiyası bəyan etdi ki, Çin sosial şəbəkə tətbiqi "TikTok"un ölkədə istifadəsi ABŞ-ın mülkiyyətində və ya milli təhlükəsizlik problemlərini həll edəcək başqa mülkiyyətdə davam etməlidir.

Bizimyol.info xəbər verir ki, Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Baydenin ABŞ-da "TikTok"a qadağa qoyulması ilə bağlı mövqeyinin aylardır aydın olduğu qeyd edilib.

Açıqlamada ABŞ Ali Məhkəməsinin "TikTok"un satılmadığı təqdirdə ABŞ-da qadağan edilməsinə dair Konqresin qərarını təsdiqlədiyi diqqətə çatdırılıb. "Birləşmiş Ştatlarda "TikTok" yalnız şirkət ABŞ-ın mülkiyyətində və ya Konqres tərəfindən bu qərarın qəbulu zamanı müəyyən edilmiş milli təhlükəsizlik problemlərini həll edəcək digər mülkiyyətdə olarsa istifadə olunmağa davam etməlidir", - deyə bəyanatda bildirilir.

Bəyanatda vurğulanır ki, Konqresin qərarının icrası növbəti administrasiyanın ixtiyarındadır.

"TikTok" açıqlamasında bildirib ki, həm Bayden Ağ Evi, həm də Ədliyyə Departamenti tərəfindən verilən açıqlamalar şirkətin 170 milyondan çox amerikalıya əlçatanlığını qorumaq üçün lazım olan aydınlığı və əminliyi təmin edə bilməyib.

Açıqlamada qeyd olunub ki, Bayden administrasiyası məsələ ilə bağlı qəti açıqlama verməlidir, "əks halda "TikTok" yanvarın 19-da qapanmalı olacaq".

Bazar ertəsi ABŞ Ali Məhkəməsi Konqresin Çin sosial media platforması "TikTok"un satılmadığı təqdirdə ABŞ-dan qadağan edilməsi barədə qərarını təsdiqləyib. "Konqres, "TikTok"un məlumat toplama təcrübələri və onun xarici düşmənlə əlaqələri ilə bağlı milli təhlükəsizlik narahatlıqlarını həll etmək üçün ələ keçirilməsinin zəruri olduğunu müəyyən etdi", - deyə məhkəməyə iddia göndərib.

Yekdil qərara görə, qərarın qüvvəyə mindiyi 19 yanvar tarixinə qədər sosial media proqramı satılmasa, o, "Google" və "Apple" kimi platformalardan silinəcək, proqram həmin tarixdən sonra telefonlar və planşetlər kimi cihazlara yüklənməsinin qarşısı alınacaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Yanvar 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri