“TikTok” da bu paylaşımları edənləri 3 7 il cəza gözləyir Hüquqşünas
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Son aylarda sosial şəbəkələrdə narkotik vasitələrin açıq şəkildə göstərilməsi və satışının təşviqi hüquqi baxımdan çox ciddi pozuntudur. Azərbaycan qanunvericiliyi həm narkotik maddələrin dövriyyəsini, həm də onların təbliğini qəti şəkildə qadağan edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev deyib.
O əlavə edib ki, belə paylaşımlar cinayət tərkibi yaradır:
“Bu cür kontentin gənclərə “təhlükəsiz” və “asan əldəolunan” kimi təqdim edilməsi onların hüquqi baxımdan zərərçəkən yox, risk qrupuna daxil olmasına gətirib çıxara bilər. Sosial platformalarda ünvan, əlaqə və qiymət məlumatının paylaşılması isə artıq birbaşa qanunsuz satışın təşkili kimi qiymətləndirilir. Hüquq-mühafizə orqanları bu cür paylaşımları izləmək, identifikasiya aparmaq və məsul şəxsləri müəyyənləşdirmək üçün rəqəmsal izlərin toplanması metodlarından istifadə edir. Platforma sahibləri də məsuliyyət daşıyır, çünki istifadəçi kontentinə nəzarət onların öhdəliklərinə daxildir. Belə halların artması informasiya təhlükəsizliyi və yetkinlik yaşına çatmayanların müdafiəsi məsələlərini daha da aktuallaşdırır”.
O qeyd edib ki, bu proses həm də ictimai asayişə və sağlamlığa qəsd kimi dəyərləndirilə bilər:
“Mövcud qanunvericiliyin tətbiqi ilə yanaşı, sosial media şirkətlərinin yerli qanunlara uyğun filtrasiya və nəzarət mexanizmlərini gücləndirməsi vacibdir. Maarifləndirmə tədbirləri də hüquqi məsuliyyətin qarşısının alınmasında mühüm rol oynayır. Bu problemə kompleks yanaşma həm hüquqi nəzarətin, həm də sosial preventiv işlərin birgə aparılmasını tələb edir. Belə paylaşımlar yəni, narkotik vasitələrin onlayn satışı, təbliği və ya alışı Azərbaycan Cinayət Məcəlləsinin 234-cü maddəsinin “satış məqsədilə qanunsuz dövriyyə” bəndi ilə məzmun kateqoriyasına düşə bilər. 234.2-ci maddə üzrə həmin şəxs 3 ildən 7- ilə qədər azadlıqdan məhrum edilə bilər”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:“Tikinti qəzasında işəgötürəni 7 ilə qədər həbs cəzası gözləyir” Hüquqşünas
09 Dekabr 2025 19:14
Evdə bişirib “TikTok” da satanları cəza gözləyir RƏSMİ
16 İyul 2025 13:06
Övladını fahişəliyə cəlb edən ananı hansı cəza gözləyir? Hüquqşünas açıqladı
10 Aprel 2025 16:39
“Hüquqşünas diplomu olanlar çoxdur, amma onların xeyli hissəsi əsl hüquqşünas deyillər” HÜQUQŞÜNAS
18 Noyabr 2025 14:33
Bu halda obyekt sahiblərini 2 ildən 10 ilə qədər cəza gözləyir Hüquqşünas
27 Noyabr 2025 14:40
Baxış sayı:74
Bu xəbər 18 Noyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları