TikTok da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Naxçıvanın Ordubad rayonunda "TikTok" sosial şəbəkəsində nalayiq ifadələr işlədən şəxs inzibati məsuliyyətə cəlb edilib.
"Cebheinfo.az" "Teleqraf"a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Vüqar Səlimov (adı və soyadı şərti verilib - red.) bu il noyabrın 8-də, axşam saatlarında kafedə olarkən sosial şəbəkədə özünə məxsus "TikTok" səhifəsində canlı yayımda nalayiq sözlər işlədib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən V.Səlimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, canlı yayımda olduğu zaman tanıdığı şəxs ona zəng edib:
"O mənimlə zarafatlaşdı. İçkiliydim deyə canlı yayımda olduğumu unutdum. Zarafatla nalayiq sözlər işlətdim. Hərəkətlərimdən səmimi peşmanam".
Ordubad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 70 manat məbləğində cərimə olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 18 Noyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















