TikTok da ən çox izləyicisi olan bloqer saxlanıldıqdan sonra ABŞ ni tərk etdi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Bir neçə milyon izləyicisi olan ən məşhur "TikTok" istifadəçisi Xabi Leym viza müddətinin bitməsi iddiası ilə Las-Veqasda immiqrasiya agentləri tərəfindən saxlanıldıqdan sonra ABŞ-ni tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Associated Press" məlumat yayıb.
Əsl adı Seringe Habane Lame olan seneqal-italyanəsilli influenser iyunun 6-da Harri Rid Beynəlxalq Hava Limanında saxlanılıb. Bununla belə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) nümayəndəsi açıqlamasında ulduzun deportasiya qərarı olmadan ölkəni tərk etməsinə icazə verildiyini qeyd edib.
Qeyd edək ki, "TikTok" sosial şəbəkəsinin məlumatına görə, bloqer Xabi Leym izləyicilərin sayına görə tətbiqdə birinci yerdədir. Onun 162 milyondan çox izləyicisi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 11 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















