Icma.az
close
up
RU
TikTok da ilk I ÖncəTəhlükəsizlik kampaniyasına start verilir

TikTok da ilk I ÖncəTəhlükəsizlik kampaniyasına start verilir

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Layihənin məqsədi istifadəçilərə rəqəmsal savadlılığın əsaslarını öyrətməkdir. Həmçinin, cəmiyyətin rəqəmsal rifahını davamlı şəkildə dəstəkləmək çərçivəsində TikTok bütün istifadəçilər üçün istirahət etməyə və yuxuya hazırlaşmağa kömək edən meditasiya fasilələrini istifadəyə verib.
Qısa videolar üçün aparıcı platforma olan TikTok, Azərbaycanda yerli istifadəçilərin təhlükəsizliyini əsas prioritet kimi görür və yaradıcı fəaliyyət üçün dost mühitin formalaşmasına töhfə verir. Təhlükəsizliyi təmin etmək məqsədilə TikTok ən son innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində çalışan on minlərlə peşəkar mütəxəssislərin əməyindən istifadə edir. Xüsusilə, platformada 24/7 rejimində aparılan moderasiya prosesi İcma Qaydalarını pozan videoməzmunu silir.
Onlayn təhlükəsizlik barədə maarifləndirici videolar
Platforma təkcə təhlükəli məzmunu proaktiv şəkildə silməklə kifayətlənmir, həm də istifadəçilər üçün risklərin qarşısını almağa çalışır və bu məqsədlə öz istifadəçilərinin maarifləndirilməsinə investisiya yatırır. TikTok Azərbaycanda rəqəmsal savadlılığın və təhlükəsiz məzmunun yaradılmasının əsaslarını təşviq etmək üçün ilk təşəbbüsünü - məşhur məzmun yaradıcılarından Azərbaycan dilində #ÖncəTəhlükəsizlik adlı maarifləndirici videolar silsiləsini təqdim edir. Bu videolar istifadəçilərə platformada davranış qaydalarını və faydalı alətləri xatırlatmağı hədəfləyir:
@donmazhussein potensial olaraq İcma Qaydalarını poza biləcək məzmunlar barədə necə şikayət etmək lazım olduğunu izah edib.
@qarajda platformada nifrət və ayrı-seçkilik təzahürlərinə qəti qadağa qoyulduğunu vurğulayıb.
@rusmaster.r usdili istifadəçiləri ayıq-sayıq olmağa və dələduzların tələlərinə düşməməyə çağırıb.
@dailybaku valideynlərə yeniyetmələrin təhlükəsizlik parametrlərini idarə etməsinə imkan verən “Ailə Parametrləri” funksiyasını xatırladıb.
@myvan_life TikTok-un yalnız 13 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulduğunu qeyd edib.
@rufan_amiraslanov platformada təhlükəli hərəkətlərin nümayişinə icazə verilmədiyini bildirib.
@haciseferov isə internetdə rast gəlinən məlumatların yalnız etibarlı mənbələrdən yoxlanılmalı və təsdiqlənməmiş informasiyaların yayılmamalı olduğunu vurğulayıb.
Canlı yayım qaydaları haqqında vebinar
Bundan əlavə, ötən il TikTok həm streamer, həm də canlı yayım izləyiciləri üçün daha pozitiv və təhlükəsiz təcrübə təmin etmək məqsədilə canlı yayımların monetizasiyası üzrə yeni qaydalar təqdim edib. Bu qaydalara əsasən, bəzi hallarda kontenti aşağı keyfiyyətli və ya kontenti real olmayan istifadəçilər TikTok LIVE zamanı qazanc əldə edə bilməzlər.
#ÖncəTəhlükəsizlik layihəsi çərçivəsində TikTok LIVE istifadəçiləri üçün platformanın İcma Qaydaları və canlı yayımın monetizasiya qaydaları barədə məlumat veriləcək xüsusi vebinar təşkil ediləcək. Maarifləndirici canlı yayıma 2 iyul, saat 17:00-da @tiktoklive_eecca hesabında qoşulmaq mümkün olacaq. Xatırladaq ki, TikTok platforması canlı yayım aparan istifadəçilərə öz sahələri üzrə ən ciddi tələblərdən birini qoyur: canlı yayıma başlamaq üçün istifadəçinin yaşı minimum 18 olmalı və hesab kriteriyalara uyğun olmalıdır.
Meditasiya fasilələri: tətbiqdən uzaqlaşmaq üçün yeni funksiya
TikTok istifadəçilərin təhlükəsizliyi və rəqəmsal rifahı üçün alətləri daim təkmilləşdirir. Yaxın zamanda platforma yeniyetmə istifadəçilər üçün yeni bir funksiyanı – “meditasiya fasilələri”ni təqdim edib. Bu funksiya onları gecə saatlarında tətbiqdən fasilə verməyə təşviq edir. Testlərin nəticələrinə görə, yeniyetmələrin 98%-i bu funksiyanı aktiv saxlayaraq, tətbiqdən yuxularına mane olmayacaq şəkildə istifadə etməyi seçib.
Araşdırmalar göstərir ki, meditasiya bütün yaş qruplarında yuxunun keyfiyyətini yaxşılaşdıra bilər. Bu səbəbdən TikTok meditasiya fasilələrini bütün istifadəçilər üçün əlçatan edib. 18 yaşdan kiçiklər üçün bu funksiya avtomatik aktiv olacaq: əgər onlar saat 22:00-dan sonra tətbiqdən istifadə etsələr, onların tövsiyə lentində meditasiya məşqi təklif edən xüsusi video görünəcək. Böyüklər isə bu funksiyanı ekran vaxtı parametrlərində özləri tənzimləyə bilərlər.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 İyun 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri