Icma.az
close
up
RU
TikTok da psixi sağlamlıqla bağlı videoların əksəriyyəti yanlış məlumat yayır

TikTok da psixi sağlamlıqla bağlı videoların əksəriyyəti yanlış məlumat yayır

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlərdə insanlar psixi sağlamlıqla bağlı dəstək üçün sosial mediaya, xüsusilə "TikTok"a üz tuturlar.

Bizimyol.info xəbər verir ki, "The Guardian"ın apardığı araşdırma göstərir ki, bu platformada ən çox baxılan 100 psixi sağlamlıq videosunun 52-si yanlış və ya yanıltıcı məlumatlar verirlər.

Videolarda bəzən ciddi psixi pozuntular sadə emosional hallarla qarışdırılır, “bir saata travmadan sağalma” kimi qeyri-real və elmi əsaslara söykənməyən məsləhətlər verilir. Eyni zamanda, bəzi paylaşımlarda narahatlıq və depressiya ilə mübarizə üçün zəfəran, maqnezium qlisinat kimi effektliyi sübut olunmamış əlavələr təbliğ edilir.

Ekspertlər xəbərdarlıq edir ki, bu cür məzmunlar xüsusilə həssas insanlar üçün zərərlidir və onların vəziyyətini daha da ağırlaşdıra bilər. Mütəxəssislər bildirirlər ki, terapiya – nə qədər effektiv olsa da – ani və universal həll yolu deyil.

Psixoloqlar və psixiatrlar, bu videoların çoxunun şəxsi təcrübəyə əsaslandığını və ümumiləşdirilərək təqdim edildiyini deyirlər. Bu isə travma və psixi pozuntuların fərdi və kompleks təbiətini nəzərə almır.

"TikTok" isə bildirib ki, platformada zərərli məzmunlar silinir və istifadəçilər etibarlı mənbələrə – o cümlədən NHS-ə yönləndirilir. Lakin deputatlar və mütəxəssislər sosial şəbəkələrdə yanlış məlumatların yayılmasının qarşısını almaq üçün hökumətin Onlayn Təhlükəsizlik Aktı çərçivəsində daha ciddi addımlar atmasını tələb edirlər.

Mütəxəssislərin yekdil fikri budur: psixi sağlamlıqla bağlı dəqiq diaqnoz və müalicə yalnız peşəkarlar tərəfindən aparıla bilər. Sosial mediada paylaşılan qısa və səthi “məsləhətlər” isə əksinə, insanlara daha çox zərər verə bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 May 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri