Icma.az
close
up
RU
Tiktok dakı paylaşıma görə dava düşdü Vəzifəli şəxs döyüldü

Tiktok dakı paylaşıma görə dava düşdü Vəzifəli şəxs döyüldü

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beyləqanda vəzifəli şəxsə küçədə hücum edərək ona zərbələr endirən 44 yaşlı Vasif Fətiyev hakim qarşısına çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, rayon sakini Fətiyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Vasif Fətiyev "TikTok" səhifəsində "Azərişığ"ın Beyləqan Elektrik Şəbəkəsi ilə bağlı ardıcıl neqativ paylaşımlar edib. Bu səbəbdən də idarənin rəisi Fikrət Əhmədov tərəfindən məhkəməyə verilib. Daha sonra onlar Gəray Əsədov küçəsində qarşılaşıb və insident baş verib.

Hadisə zamanı Fətiyev rəisin ünvanına nalayiq ifadələr işlədib, bir dəfə yumruqla sinə nahiyəsinə zərbə endirib. Ardınca əlindəki mobil telefonu silah qismində istifadə edərək sol gözaltı, sol qol və ağız nahiyələrinə bir neçə dəfə zərbələr vurub. Bu səbəbdən Əhmədovun sol gözaltı, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar, alt dodağın selikli qişasında yara yaranıb ki, bunlar qısa müddətdə sağlamlığın pozulmasına səbəb olan yüngül bədən xəsarətləri hesab olunur.

Fətiyev həmin yerə yaxın məsafədə Əhmədova məxsus avtomobilin ön kapotuna sağ əli ilə bir neçə zərbə endirərək 100 manat məbləğində zərər vurub və ictimai qaydanı kobud şəkildə pozub.

Araşdırmalar göstərib ki, V.Fətiyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Vasif Fətiyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri