TikTok er İsican həbs edildi
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, TikTokda "İsican" adıyla yayımlar açan 2001-ci il təvəllüdlü Quliyev İsa Niyazəli oğlu "TikTok" da canlı yayım zamanı söyüş söydüyünə görə polis tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada
göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Cəlilabad rayon məhkəməsinə göndərilib.
Cəlilabad rayon Məhkəməsinin yekun qərarı ilə İsa Quliyev 15 sutka inzibati qaydada həbs edilib.
Baxış sayı:66
Bu xəbər 23 Oktyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















