Icma.az
close
up
RU
TikTok fəaliyyətini tamamilə DAYANDIRA BİLƏR

TikTok fəaliyyətini tamamilə DAYANDIRA BİLƏR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ilin aprelində sabiq ABŞ prezidenti Co Bayden "TikTok" sosial şəbəkəsinin ölkədə qadağan edilməsini məcbur edən qanun imzalayıb. Sənəd yanvarın 19-dan qüvvəyə minib. Yanvarın 22-də vəzifəyə gəldikdən sonra Donald Tramp fərmanı ilə Baydenin imzaladığı qanunun qüvvəyə minmə müddəti 75 gün gecikdirilib.

Müddətin bitməsindən sonra Çinə məxsus sosial şəbəkəsinin taleyi qeyri-müəyyəndir. ABŞ-da 170 milyondan çox istifadəçisi olan tətbiqin perspektivləri ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəziləri onun amerikalı milyarder İlon Mask tərəfindən satın alına biləcəyini, digərləri onun fəaliyyətini tamamilə dayandıra biləcəyini qeyd edir.

Texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, "TikTok"un bağlanma səbəbi məxfiliyi pozması, ölkə üçün təhlükəli olması və ən əsası da platformanın Çin hakimiyyəti ilə əlaqələridir: "Platforma "ByteDance" şirkətinə məxsusdur. Hökumət şirkətə təklif etdi ki, yanvarın 19-a qədər şirkəti satışa çıxarın. Əsasən şirkətin Çinli iş adamlarına satılması təklif olundu. Amma "ByteDance" bundan imtina etdi, çünki həm platforma həm də şirkət olaraq büdcəsi çox yüksəkdir. Dünyada bir çox ölkədə insanların ən çox istifadə etdiyi platformalardan biridir. Normalda ayın 19-a qədər satılması üçün vaxt qoyulmuşdu".

Ekspertin sözlərinə görə, Tramp bu hadisədən sonra bir “jest” edərək satış üçün qoyulan deadline müddətini 75 günlüyünə uzatdı:

“Bu şirkət üçün nəticəni dəyişmir, hər halda bu büdcəyə sahib şirkətin və platformanın satılması heç kim üçün xoşagələn deyil. Bu qərardan sonra artıq "AppStore" və "PlayStore"dan "TikTok"un yenilənməsi və yüklənməsi dayandırılacaq. Ehtimal var ki, platforma tamamilə ləğv olunmasın. Belə ki, platformanın adı dəyişdirilə, yaxud başqaları tərəfindən alına bilər. Ümumiyyətlə ABŞ-dəki istifadəçilərin təklifi budur ki, platforma İlon Maska satılsın və başqa bir ad altında "X" platforması ilə birləşdirilsin. Hazırda "TikTok" platformasının alışı üçün yatırım etməyə hazır olan bir çox adamlar var, onlardan biri də İlon Maskdır. Platformanın bugünkü satış qiyməti haradasa 20 milyard dollar məbləğində dəyərləndirilir. Təkliflərə əsasən kimin satın alacağı, hansı dəyişikliklər olacağı hələki müəmmadır”.

F.Rəcəbli qeyd edib ki, "TikTok"un fəaliyyətinin dayandırılması heç kimə xoş olmayacaq:

“Dünya üzərində nə qədər insanın bu platformadan istifadə etdiyini düşünün. İllərdir bu platformaya enerjisini, zamanını ayıran, burada biznesini quran insanlar var. Bunların hamısının ləğv olunması xaosa da səbəb ola bilər. Amma mən düşünmürəm ki, bu platforma bağlanacaq, bu qədər insanların əməkləri qırağa atılacaq. Böyük ehtimal ki, başqa bir şirkət yaxud hansısa iş adamı tərəfindən satın alınacaq və dəyişikliklər olunacaq. Azərbaycanda da bu öz təsirini göstərəcək. Bugün "TikTok" platforması ölkəmizdə də şəxsi platformadan biznes platformasına çevrilib. Çünki bu gün biznesini quran hər kəs "TikTok" üzərindən satışını edir, müştəri qazanır, hansısa məlumat yaxud maarifləndirmə xarakterli faəliyyət göstərir. Bunların hamısının birdən-birə dayanması bütün dünya ölkələrinə öz təsirini göstərəcək, bizim ölkəmizə də həmçinin. Bu gün "TikTok" daha çox biznes üzərində qurulub. Burada elə bizneslər var ki, ayda minlərlə qazanc əldə edir. O insanların qazanclarının hansı səviyyəyə düşəcəyini düşünün. Yenə də ümid edirik ki, platforma tam olaraq bağlanmayacaq. Gözlənilən ən pis ehtimal budur ki, başqası tərəfindən alınacaq və maksimum dəyişiklik ediləcək. Yəqin ki, heç kimin vaxtı, əziyyəti hədər getməyəcək. Hələ ki, bu günə olan gözləntilər bunlardır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Yanvar 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri