TikTok la ərə gedərlər? dedi, mübahisə düşdü
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"TikTok-la ərə gedərlər? Onunla ailə qurarlar?".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Bizimləsən" verilişində deyib. Aktrisanın bu sözləri studiyada etirazlara səbəb olub.
Aparıcı Zaur Baxşəliyev "Niyə getmirlər? Müasir dünyadı. 50 il bundan əvvəl gedib hamamda qız bəyənirdilər. Hamamda ərə gedərlər? İnstaqram, başqa sosial şəbəkələr var. Bu protformaları ucuzlaşdırmayın" deyə, etiraz edib.
M.Xanlarova isə "TikTok-da evlənənin də, ərə gedənin də ağlı yoxdur. Onun axırı yoxdur. Heç kim xoşbəxt olmur. Normal adam tapmırıq, gedib sosial şəbəkədə axtarırıq?" sözlərini əlavə edib.
Zaue isə "Bu fikirlər başqaları ilə üst-üstə düşməyə bilər. Ağlı yoxdur kəskindir. İnsanlar belə böyük platformadan milyonlar qazanır. Bu dəqiqə Amerika ilə Çin söhbətlər aparır. Böyük bir maraq var. Azərbaycanda TikTok-u ucuzlaşdıranlarla bunu müqayisə etməyək" deyə, söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 Aprel 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















