Icma.az
close
up
RU
TikTok un qorxulu trendi Kirpik kəsmək

TikTok un qorxulu trendi Kirpik kəsmək

Icma.az, Medicina saytına istinadən bildirir.


TikTok sosial media platforması hər gün yeni və bəzən də riskli trendlərlə gündəmdədir. Son zamanlar xüsusilə kişi istifadəçilər arasında yayılan “kirpik kəsmə trendi” bir bərbərin paylaşdığı videodan sonra qısa zamanda trendə çevrildi. Lakin mütəxəssislərin fikrincə, bu qeyri-adi trend göz sağlamlığı üçün ciddi təhlükələr yaradır.

Medicina.az xəbər verir ki, kişilərin kirpiklərini kəsən görüntüləri platformada sürətlə yayılıb. Trendin əsasını daha "sərt" və ya "kişi" görünüş əldə etmək istəyi təşkil edir. Ancaq zahirən estetik seçim kimi görünən bu tətbiq gözün təbii müdafiə sistemini sıradan çıxarır.

KİRPİKLƏR NİYƏ ƏHƏMİYYƏTLİDİR?

Oftalmoloqların fikrincə, kirpiklər təkcə estetik bir detal deyil, həm də göz sağlamlığı üçün ilk müdafiə xəttidir. Toz, kir, polen, mikroskopik hissəciklər və günəş işığı kimi xarici faktorlara qarşı filtr rolunu oynayan kirpiklər gözün səthinin qorunmasında mühüm rol oynayır. Həmçinin göz qapaqlarından sonra ikinci qoruyucu maneə hesab olunurlar.


TƏHLÜKƏLİDİR

TikTok-da gənclərin kirpiklərini qayçı və ya ülgüclə kəsdiyi şəkillər getdikcə daha çox yayılır. Bununla belə, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığını açıq şəkildə bildirirlər: Göz sağlamlığına töhfə verən faydalı mikroorqanizmlər kirpiklərin dibində yerləşir. Bu da təbii floranın pozulması zərərli bakteriyaların çoxalmasına və infeksiyaların artmasına səbəb ola bilər.

Bundan əlavə, göz ətrafına bu cür müdaxilələr kəsici alətlərlə həyata keçirildikdə travma riski artır. Təsadüfən kəsiklər göz quruluşuna zərər verə bilər. Başqa bir təhlükə, kəsilmiş kirpiklərin yenidən böyüdükcə içəriyə doğru uzanmasıdır. Bu, kirpiklərin gözü sancmasına və daimi qıcıqlanmasına səbəb ola bilər.


EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ: BUNU SINAMAYIN

Göz sağlamlığı mütəxəssisləri xüsusilə gəncləri getdikcə populyarlaşan bu trendə qarşı xəbərdar edirlər. Kirpiklərin kəsilməsi onları qoruyucu funksiyasından məhrum edir, bu da gözləri həssas edir. İnfeksiya riskinin artması, gözlərin quruması və batmış kirpiklərin yaratdığı qıcıqlanma kimi problemlər bu tendensiyanın gətirdiyi təhlükələr sırasındadır.

Nəticə olaraq unutmaq olmaz ki, “kişi” görünüş xatirinə edilən bu müdaxilə qısa müddətli vizual fərqlilik təmin edər. Uzun müddətdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Sosial media trendlərinə qapılmadan əvvəl ekspert rəylərini dinləmək çox vacibdir.

Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:354
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 05 İyun 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri