Icma.az
close
up
RU
“Tiktok” vasitəsilə kredit götürmək istədi, başına iş gəldi

“Tiktok” vasitəsilə kredit götürmək istədi, başına iş gəldi

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“İnternet üzərindən kredit götürmək istədim, amma xəbərim olmadan adıma rəsmiləşdirilmiş 4650 AZN borc yarandı”. 

Bakıvaxtı.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Qaradağ rayon sakini İbrahimov Elnur Malik oğlu müraciət edib. Ehtimal edilir ki, vətəndaş onlayn reklam təkliflərinin ardınca gedərək tələb edilən prosedurları ardıcıl icra edib. 

Şikayətçi avqustun 17-də “TikTok” sosial şəbəkəsi vasitəsilə onlayn kredit almaq üçün müraciət etdiyini deyir: “Maddi vəziyyətim çətin idi. Məktəböncəsi uşaqların xərclərini ödəyə bilmək üçün belə qərara gəldim. Platformadan müraciətim zamanı mənə 1500 AZN məbləğində kreditin aylıq 140 AZN ödənişlə 15 ay müddətinə veriləcəyi bildirildi. Daha sonra imzam alındı, iş yerimdən aldığım əməkhaqqı yoxlanıldı və qeyd olundu ki, kredit veriləcək. Lakin üç gün keçsə də, xəbər çıxmadı”.

E.İbrahimov müraciətinə cavab almadıqdan sonra bankla əlaqə saxlayıb, lakin bu zaman artıq borcu olduğunu öyrənib: “Bank tərəfindən bildirildi ki, guya mənim “Kontakt Home”a 4650 AZN məbləğində borcum var. Axı mən heç zaman bu məbləğdə kredit götürməmişəm. Xəbərim və razılığım olmadan adıma 720 manat ilkin ödəniş edilərək bir ədəd soyuducu və qabyuyan maşın rəsmiləşdirilib. Bu əməliyyatların kim tərəfindən və hansı sənədlər əsasında həyata keçirildiyi haqqında heç bir məlumatım yoxdur”.

Vətəndaş qeyd edib ki, adına rəsmiləşdirilən məhsullar onun ünvanına yox, başqa əraziyə göndərilib: “Bu məhsullar Bakıxanov qəsəbəsinə göndərilib, lakin mən Qaradağ rayonunda yaşayıram və qeydiyyat ünvanım Ələt qəsəbəsidir. Bu necə işdir, mənim başıma gəlib, anlamıram... Normalda nəsə alanda az qala, 2-3 dəfə gedib danışırıq, müzakirə edirik, sonra adımıza rəsmiləşir. Artıq iki aydır ki, çıxılmaz vəziyyətdə qalmışam. Aylıq gəliri cəmi 350 manat olan bir adam axı bu krediti necə ödəsin?” 

O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etdiyini əlavə edib.

İddialarla bağlı “Kontakt Home”la əlaqə saxladıq. Şirkətdən cavab olaraq bildirildi ki, məsələ araşdırılıb: “Vətəndaşın müraciəti cavabsız qalmayıb, əməkdaşlarımız tərəfindən müvafiq araşdırma aparılıb və müraciət cavablandırılıb. Araşdırma zamanı müəyyən edilib ki, onlayn alış prosesi zamanı SİMA vasitəsilə təsdiqləmə həyata keçirilib. Məsələnin hüquqi qaydada araşdırılması üçün aidiyyəti üzrə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə yönləndirilmə edilib”.

Vətəndaş tərəfindən edilən müraciətlə bağlı hazırda polis tərəfindən araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Oktyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri