Icma.az
close
up
RU
TikTok Yaradıcısı Həyatı Rəqəmsal Səhnədə Yenidən Yaradır

TikTok Yaradıcısı Həyatı Rəqəmsal Səhnədə Yenidən Yaradır

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Reallıqdan Animasiya Dünyasına: TikTok Yaradıcısı Həyatı Rəqəmsal Səhnədə Yenidən Yaradır

Sosial platformalar yeni istedadları və müxtəlif yaradıcılıq formalarını ön plana çıxarmağa davam edir. Xüsusilə TikTok gənc və bacarıqlı kontent yaradıcılarına öz dünyalarını, ideyalarını, hətta fantaziyalarını geniş auditoriyaya təqdim etmək imkanı yaradır. Onlardan biri gündəlik həyatda qarşılaşdığımız adi situasiyaları animasiya vasitəsilə yenidən təsəvvür edir və milyonlarla izləyicinin diqqətini cəlb edir. @vungtaulife adı ilə məşhurlaşan İsmayıl Mustafayev öz TikTok hesabında gündəm mövzularından, müğənillərdən, trendlərdən animasiya videoları hazırlayaraq paylaşır. Bu paylaşımlarlar minlərlə insanın marağına səbəb olur. O, reallıqla animasiya arasındakı sərhədləri ustalıqla qarışdıraraq, həyatın ən sadə anlarını belə rəqəmsal səhnəyə daşımağı bacarır.

"Vungtaulife" ilə animasiyanın sehrli dünyası

TikTok platformasında maraqlı kontent yaradıcıları hər gün yeni və fərqli işlər təqdim edirlər. Bəziləri komediya ilə, digərləri informativ məzmunla izləyicilərini cəlb edir. Ancaq animasiya janrı xüsusilə fərqlənir, çünki burada hekayələr vizual şəkildə canlandırılır və izləyicilər tamamilə başqa bir dünyaya aparılır. Azərbaycanlı animasiya yaradıcısı İsmayıl Mustafayev (@vungtaulife), TikTok-da öz unikal animasiyaları ilə böyük maraq toplayan simalardan biridir. Onun videoları təkcə gülüş yaratmır, eyni zamanda nostalji hisslər oyadır və izləyiciləri düşünməyə vadar edir.

Onun yaratdığı animasiyaların arxasında isə bir nostalji hissi, yumor və şəhər həyatı ilə bağlı müşahidələr dayanır – gəlin, bu dünyaya onun gözü ilə baxaq.

Səhifəmin ruhu Bakının Vunq Tau küçəsindən gəlir

Mən İsmayıl Mustafayev (vungtaulife). Adımdan da hiss etdiyiniz kimi, səhifəmin ruhu Bakının Vunq Tau küçəsindən gəlir – məhz burada doğulub böyümüşəm. Həyatım televiziyayla sıx bağlıdır, hazırda İctimai televiziyada çalışıram. Eyni zamanda freelancer olaraq xarici şirkətlərlə maraqlı layihələrdə əməkdaşlıq edirəm. Son 4 ildə TikTokda öz məzmunumu yaradaraq fərqli bir yol açmışam. Həm şəhərin ritmini, həm də kreativ enerjini bölüşməyi hədəfləyirəm. Əvvəllər animasiya hazırlamağa sadəcə hobbi kimi yanaşırdım. Hazırladığım işləri dostlarımla paylaşırdım, onlar da həmişə bu marağıma dəstək olurdular. Daha sonra Vunq Tau küçəsindən olan dostlarımın və yaxınlarımın təkidi ilə animasiyalarımı sosial şəbəkələrdə paylaşmağa qərar verdim. Səhifəmə 'Vungtaulife' adını verməyimin səbəbi də məhz dostlarım və bu küçə ilə bağlı xüsusi bağdır.

Videolarımın əsas məqsədi izləyicilərimin üzündə gülüş yaratmaqdır

Animasiyaları hazırlayarkən hər zaman izləyicilərimdə gülüş yaratmağı qarşıma məqsəd qoyuram. Çünki insanların üzündə təbəssüm yaratmaq və onlarda xoş bir təsir buraxmaq mənim üçün ən böyük motivasiyadır. TikTok platforması mənə maddi qazanc gətirməsə də, baxış saylarının yüksək olması yeni videolar hazırlamaq üçün böyük bir ilham mənbəyidir. Bu səbəbi isə aktual mövzularda animasiyalar hazırlamağımdır. Ən əsası isə, platformadakı insanların verdiyi xoş rəylər motivasiyamın əsas səbəbidir.

Daha geniş auditoriyaya çıxış imkanı

TikTok vasitəsilə sadəcə məşhurluq qazanmadım, həm də öz fikirlərimi, ideyalarımı və yaradıcılığımı fərqli insanlara çatdırmağı bacardım. Bu platforma mənə daha geniş izləyici kütləsi ilə ünsiyyət qurmaq imkanı yaratdı. İnsanların diqqətini çəkmək, onları təəccübləndirmək, hiss etməyə və düşünməyə vadar etmək, yaradıcı məzmunun əsl gücüdür. Bu iki element bir araya gəldikdə, insanlar sadəcə əylənməkdən daha çox, yeni fikirlər üzərində düşünməyə başlayır, öz baxış açılarını genişləndirir və hətta dünyaya fərqli bir perspektivdən baxmağa başlayırlar.Viral olmaq çox gözəldir, amma trenddən uzaqlaşmamaq və eyni zamanda öz stilini qorumaq əsasdır. Trendlərə uyğunlaşaraq, amma onları öz tərzimə uyğunlaşdıraraq fərqlilik yaratmaq mənim üçün vacibdir. Misal üçün TikTok – da Eyyub Yaqubovun trendə düşən musiqisi ilə animasiya hazırlamışdım və videom izləyicilərim tərəfində maraqla qarşılanmışdı.

Bir film və ya hadisəni yenidən canlandırsaydım…

Düşünürəm ki, bu mövzu qalaktikalar və yad planetlilərlə bağlı olarsa, animasiyalar həm maraqlı, həm də kütləvi maraq oyandıran bir üslubda olar. Ulduzlararası səyahətlər, yad planetlər və qeyri-adi canlılar izləyiciləri düşünməyə və heyrətlənməyə sövq edər.

Ən maraqlı izləyici rəyi: "Sənin personajlarından qorxuram!"

Ən maraqlı rəylərdən biri bir xanım izləyicidən gəlib. O, animasiyalarda yer alan personajlardan qorxduğunu etiraf etmişdi. Bu, mənim üçün həm təəccüblü, həm də düşündürücü oldu. Çünki məhz bu cür emosional reaksiyalar yaratmaq — istər qorxu, istər heyrət, istərsə də gülüş — yaradıcı işlərimdə əsas məqsədlərimdən biridir. Trendə uyğunlaşmaq vacibdir, amma bu zaman izləyicilərdə qıcıq yarada biləcək mövzulardan uzaq durmaq əsas prinsip olmalıdır. Hər zaman balansı qorumaq və orijinallığınızı itirməmək həm maraq yaratmaqda, həm də uzunmüddətli izləyici sadiqliyini qorumaqda kömək edir.

Gələcək plan: Animasiyaları serial halına gətirmək

TikTok platformasında animasiyaları bölümlər şəklində təqdim etmək istəyirəm. Bu yanaşmanın izləyicilərdə maraq yaradacağına və trend olacağına əminəm. Hər bölüm izləyicilərimi yeni bir macəraya aparacaq və onların diqqətini cəlb edəcək!

Animasiya ilə hekayələr danışmaq, insanları güldürmək və düşündürmək – mənim üçün həm peşə, həm də ehtirasdır. TikTok platforması bu işdə böyük imkanlar yaradır və bu sahədə irəliləmək üçün motivasiyamı artırır. Gələcəkdə animasiyalarımı daha da inkişaf etdirərək, izləyicilərimə yeni və maraqlı hekayələr təqdim etməyi planlayıram. Orijinallıq, yaradıcı baxış və izləyici sevgisi ilə bu yolda irəliləməyə davam edəcəyəm!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Aprel 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri