Icma.az
close
up
RU
Tiktok zehnimizi oxuya bilir?

Tiktok zehnimizi oxuya bilir?

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, onların necə işlədiyi ilə bağlı suallar da artır. Xüsusilə TikTok istifadəçiləri arasında tez-tez səsləndirilən bir iddia diqqət çəkir: insanlar gündəlik söhbətlərində danışdıqları və ya sadəcə maraq göstərdikləri bir mövzu ilə bağlı videoların cəmi 10–15 dəqiqə sonra "Sizin üçün" bölməsində qarşılarına çıxdığını bildirirlər. Bir çox istifadəçi bunu təsadüf hesab etmir və tətbiqin smartfonun mikrofonu vasitəsilə söhbətləri dinlədiyini düşünür. Digər bir qrup isə TikTok-un istifadəçinin ruh halını, emosional vəziyyətini və davranışlarını analiz edərək ona uyğun məzmun təqdim etdiyini iddia edir.

Bəs bu iddialar nə dərəcədə həqiqəti əks etdirir? TikTok həqiqətən istifadəçiləri dinləyirmi, yoxsa platformanın arxasında işləyən mürəkkəb süni intellekt və tövsiyə alqoritmləri insanların davranışlarını, axtarışlarını, izləmə müddətini, bəyəndikləri və paylaşdıqları videoları təhlil edərək onların maraq dairəsini yüksək dəqiqliklə müəyyənləşdirə bilir? Mütəxəssislərin fikrincə, sosial media platformalarının istifadə etdiyi müasir alqoritmlər milyonlarla məlumatı saniyələr ərzində emal edərək hər bir istifadəçi üçün fərdiləşdirilmiş xəbər lenti formalaşdırır.

Buna görə də mütəxəssisdən TikTok-un tövsiyə sisteminin necə işlədiyini, istifadəçilərin niyə "telefon məni dinləyir" hissinə qapıldığını, süni intellektin və davranış analitikasının bu prosesdə hansı rolu oynadığını, eləcə də bu mövzuda mövcud olan iddialar və faktlar arasındakı fərqləri soruşduq.

Mövzu ilə bağlı SMM, Süni İntellekt mütəxəssisi Abdulla Abdullayev Modern.az-a açıqlama verib.

O, tətbiqlərə verilən mikrofon icazələri çərçivəsində açar sözlərin emalının da bu prosesdə müəyyən rol oynaya biləcəyini bildirib:

“Şirkətlər açıq şəkildə istifadəçiləri mikrofon vasitəsilə dinlədiklərini bəyan etmirlər və bunu təsdiqləyən etibarlı sübut da mövcud deyil. Bununla belə, bəzən istifadəçilər müəyyən mövzu haqqında danışdıqdan qısa müddət sonra həmin mövzu ilə bağlı videoların qarşılarına çıxdığını müşahidə edirlər.
Bu hadisənin əsas izahı kimi platformaların istifadəçi davranışlarını, axtarışlarını, baxış tarixçəsini və digər rəqəmsal siqnalları analiz etməsi göstərilir. Mənim şəxsi ehtimalım isə budur ki, bəzi hallarda tətbiqlərə verilən mikrofon icazələri çərçivəsində açar sözlərin emalı da bu prosesdə müəyyən rol oynaya bilər. Ancaq vurğulamaq lazımdır ki, bunu təsdiqləyən ictimai və etibarlı sübut yoxdur. Buna görə də bunu fakt kimi deyil, şəxsi ehtimal kimi qiymətləndirirəm.
Hər bir halda istifadəçilər tətbiqlərə verdikləri icazələri mütəmadi yoxlamalı, ehtiyac olmadığı halda mikrofon icazəsini deaktiv etməli və məxfilik ayarlarına diqqət yetirməlidirlər”.

Nicat Rüstəmzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyul 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri