“TikTok”da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“TikTok” sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəməkdə təqsirləndirilən Toğrul Kərimovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Toğrul Kərimov “TikTok” hesabında özünü “STT Group” şirkətinin rəhbəri kimi təqdim edərək qurbanlarına dənizçi işinə düzəltmək vədi verib. Bu yolla onların külli miqdarda pulunu dələduzluq yolu ilə keçirib.
Məlumata görə, vətəndaşlar polisə şikayət edərək, Toğrul Kərimov tərəfindən aldadıldıqlarını bidliriblər. Onlar ərizələrində qeyd ediblər ki, Toğrul Kərimov “TikTok” sosial şəbəkəsində adamları rəhbəri olduğu şirkət vasitəsiylə dənizçi kimi yüksəkmaaşlı işlə təmin edəcəyinə inandırıb və buna görə onlardan müxtəlif məbləğlərdə pul alıb.
Əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakıdakı nümayəndəsi kimi təqdim edib. Vətəndaşları şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 nəfərin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:337
Bu xəbər 22 Aprel 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















